AFFA Respublika stadionunda çəkilmiş dava şəkillərini də FİFA-ya göndərib
03.11.2009 - 17:39
FİFA dünya çempionatının seçmə qrup mərhələsində oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş Azərbaycan - Rusiya (1:1) matçında azarkeşlər arasında baş verən qalmaqalın şəkillərini AFFA-dan istəyib. Bu haqda apasport.az saytına milli assosiasiyamızın baş katibi Elxan Məmmədov məlumat verib.
Onun sözlərinə görə, FİFA rəsmiləri hadisənin səbəbkarlarını tapmaq üçün AFFA-dan hadisə zamanı çəkilən fotoları da istəyib: “Biz də öz növbəmizdə bütün fotoları FİFA-ya göndərmişik. Yəqin ki, hadisə ilə bağlı dünyanın ən ali futbol qurumu yaxın günlərdə qərar verəcək”.
Qeyd edək ki, insident Azərbaycan - Rusiya görüşünün birinci hissəsində baş verib. Qonaqlar üçün ayrılan sektorda oturan 300-dək rusiyalı fanat azərbaycanlı azarkeşlərin olduğu sektora tüstü şaşkaları atıblar. Nəticədə 2 nəfər yaralanıb. Bundan sonra tərəflər əlbəyaxa olublar. İnsident 5-7 dəqiqə davam edib. Xoşagəlməz hadisə nəticəsində stadionda 70-dək plastik oturacaq sındırılıb, arenaya 2000 manatadək ziyan dəyib. Bir müddət öncə FİFA qarşılaşmanın videogörüntülərini də istəmişdi.

0
0