Roman Pokora: Bir də ki, mən heç də 15 yaşında deyiləm
03.11.2009 - 18:17
“Adətən çalışdığım komandalarda keçirdiyim oyunları sayıram. Ancaq “Simurq”da 100-cü oyunumun sabah ölkə kubokunda “Gəncə” ilə görüşdə olacağını bilmirdim. Sağ olun ki, bunu diqqətimə çatdıraraq, məni sevindirdiniz. Yubiley oyununa, özü də Zaqatalada çıxacağımı eşitmək mənim üçün xoşdur”. Bunu apasport.az saytına açıqlamasında Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Roman Pokora deyib.
Artıq dördüncü mövsümdür güclülər dəstəsində mübarizə aparan “Simurq”un ilk çalışdırıcısı kimi tarixə düşən 61 yaşlı ukraynalı mütəxəssis statistik məqamlara xüsusi önəm verir. Pokora saytımızın Yunis Hüseynovun “Karvan”ın baş məşqçi postunda 150-ci oyununu keçirməsi xəbərindən məlumatlı olduğunu bildirib: “Mən bu haqda bir müddət öncə oxumuşam. Bilirəm ki, “Karvan”ın sükanı arxasındakı azərbaycanlı həmkarım yaxınlarda yubiley oyununu qeyd etdi. Əslində, mən məşqçilik karyerasında 100 oyun həddini aşmışam. Bu, vətənimdə işlədiyim dövrdə olub. Ukraynanın yüksək liqasında 177 oyun keçirmişəm. Düzdür, bu iki komandada keçirdiyim qarşılaşmaların cəmidir. Budəfəki nailiyyətimin çəkisi ona görə böyükdür ki, buna bir komandada nail olmuşam. Özü də əyalət təmsilçisində. Bunu isə önəmli amil sayıram. Həm də nəzərə almaq lazımdır ki, “Simurq”dakı göstəricilərim də pis deyil”.
“Simurq”da qələbə sayı daha çox olan Pokoranın komandası indiyədək 99 qol buraxıb. Əgər Zaqatalada “Gəncə” fərqlənərsə, buraxılan qolların sayı 100-ə çatacaq. Pokora rəqibə hötmətlə yanaşdığını vurğulayıb: “Hər birə rəqibə, o cümlədən “Gəncə”yə hörmətim var. Bu, bir kubok oyunudur və rəqibi kiçiltmək olmaz. Məqsədimiz növbəti mərhələyə yüksəlmək, ölkə kubokunda da uğurla çıxış etməkdir”.
Yubiley matçında futbolçularından qələbə gözləyən Pokora zaqatalalı azarkeşlərdən çox razıdır və fürsətdən istifadə edib, onlara öz minnətdarlığını bildirib. Ukraynalının sözlərinə görə, tərəfdarlar nəticədən asılı olmayaraq, komandaya həmişə dəstək göstərirlər: “Mən bunu yüksək qiymətləndirirəm. Zaqatalalı azarkeşlər hətta məşqlərimizə də baş çəkirlər. Son turda “İnter”lə ev oyunumuz nə qədər çətin hava şəraitində keçsə də, fanatlarımız tribunaları doldurmuşdu. Əsas odur ki, “Simurq” çox yaşasın. Zaqatalada 15 il futbol olmayıb. İstəməzdim ki, bu bölgədə yenə uzun müddət futbol komandası fəaliyyət göstərməsin. Şəxsi göstəricimə gəlincə, bununla bağlı yaxşı misal var: general olmaq istəməyən əsgər əsgər deyil. Məşqçilik işi daimi deyil. Ömür gedir, həyat dəyişir və bütün bunlara normal baxmaq lazımdır. Bir də ki, mən heç də 15 yaşında deyiləm. “Simurq” son iki mövsümdə öz sözünü deyib, artıq liderlər qrupunda yer alıb. Bu komandada fəaliyyətimin ilk dövrü tanışlığa, uyğunlaşmağa sərf olundu. İrəliyə baxmaq lazımdır, istər məşqçi, istərsə də futbolçu artırmalı, yüksək zirvələri fəth etməlidir”.
Qeyd edək ki, Pokora indiyədək “Simurq”da keçirdiyi 99 oyunun 44-də qalib gəlib, 24-də heç-heçə edib, 31-də uduzub, topların fərqi 139-99-dur.

0
0