Futbolçu futbolçunu bıçaqladı
07.11.2009 - 14:49
Türkiyənin Antalya şəhərini təmsil edən “Muratpaşa Bələdiyyəspor” klubunun futbolçuları bir-birlərini bıçaqlayıblar. Apasport.az saytının məlumatına görə, 17 yaşlı S.A. ilə həmyaşıdı G.G. arasında gərginlik məşqlərin birində başlanıb. S.A. adi məşq zamanı komanda yoldaşına qarşı kobud oynayıb. Futbolçular dərhal mübahisəyə girişiblər. Məşqçilər onları ayırdıqdan sonra G.G-yə təpik atmış S.A. heyətdən çıxarılıb.
Bu iki oyunçu arasında daha sonra İnternet yazışmalarında da mübahisə düşüb. Növbəti gün isə S.A. “Muratpaşa Bələdiyyəspor”un məşqinə gəlib. O, komandadan qovulmasında əsas günahkar bildiyi G.G-ni küçədə gözləməyə başlayıb. Məşqdən sonra S.A. küçədə G.G-nin üstünə hücum çəkərək, ona bir neçə bıçaq zərbəsi vurub.
Zərərçəkmiş dərhal xəstəxanaya yerləşdirilib. Hadisə yerindən qaçan S.A. bir müddət sonra polis tərəfindən yaxalanıb.

- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
- Onana yenidən Türkiyə klubunda - “Mançester Yunayted” açıqladı
0
0