“Xəzər-Lənkəran”da 1-ci, “Olimpik-Şüvəlan”da 5-ci
24.11.2009 - 15:34
“Olimpik-Şüvəlan” klubu baş məşqçi postunu “Xəzər-Lənkəran”ın tarixinə düşən mütəxəssisə tapşırıb. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər”in sükanı arxasına keçən Nazim Süleymanov Lənkəran klubunun ilk çalışdırıcısı, eyni zamanda təsisçilərindən olub. 2004-cü ilin yayında yaradılan “Xəzər-Lənkəran” debüt mövsümündə mübarizəyə məhz onun rəhbərliyi altında başlayıb. Ancaq lənkəranlılar Süleymanovla artıq VIII turdan, “Bakılı”nı evdə 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra vidalaşdılar. Özü də maraqlıdır ki, “Xəzər-Lənkəran”dan gedənə qədər Süleymanovun komandası uduzmamışdı.
Cənub klubu “Beşiktaş”dakı fəaliyyəti ilə tanınmış türkiyəli mütəxəssis Rasim Karaya göndərdiyi dəvətə müsbət cavab aldı. Ancaq tale elə gətirdi ki, Karanı bir ilik fasilədən sonra məhz Süleymanov əvəzlədi. Türkiyəli məşqçi növbəti çempionatın artıq IV turunda “İnter”ə səfərdə məğlubiyyətdən (0:2) sonra istefa verdi və azərbaycanlı həmkarı geri qaytarıldı. Ancaq Süleymanov hələ ilk dövrə bitməmiş, sona üç tur qalmış yenidən vəzifəsindən çıxarıldı. Həmin vaxt bu qərarı verən “Xəzər-Lənkəran”ın prezidenti Mübariz Mənsimovun məşqçini təhsilini, təcrübəsini artırmaq üçün Londonun “Çelsi” klubunun akademiyasına göndəriləcəyi deyilsə də, İngiltərəyə səfər baş tutmadı.
Artıq 4 ildir “Xəzər-Lənkəran”la yollarını ayıran Süleymanov “Olimpik-Şüvəlan”dakı sələfi Əsgər Abdullayevlə bir-birlərini çox yaxşı tanıyırlar. Belə ki, onlar SSRİ dövründə (1983-90-cı illərdə) “Neftçi”də bir yerdə oynayıblar. Sonradan bu iki şəxs məşqçi qismində milli çempionatımızda rəqib olublar. Maraqlıdır ki, Abdullayev 2004-cü ilin avqustunda “Bakı”nın baş məşqçisi təyin olunan zaman ilk görüşünü Süleymanovun çalışdırdığı “Xəzər-Lənkəran”a qarşı keçirib və sabiq komanda yoldaşını Tofiq Bəhramov adına Respublika stadionunda 2:0 hesabı ilə məğlub edib. Düzdür, həmin vaxt Abdullayev texniki zonadan kənarda olduğu üçün komandanı görüşə ikinci məşqçi Novruz Əzimov çıxarmışdı.
Azərbaycan milli çempionatında oynamayan Süleymanov futbolçu karyerasının ən yaxşı dövrünü Rusiyada keçirib. Veteran hücumçu yeganə Rusiya çempionu olan futbolçumuz kimi öyünə bilər. Həmyerlimiz 1995-ci ildə buna nail olduğu Vladiqafqazın “Alaniya” klubunda iki dəfə gümüş medal (1992-ci və 1996-cı illərdə) da qazanıb. Həmyerlimiz “Alaniya”nın heyətində yüksək liqada ən çox qol vuran (60 qol) futbolçu kimi tarixə düşüb. Süleymanov Moskva MOİK-in braziliyalı hücumçusu Vaqner Lav onun rekordunu qıranadək uzun müddət Rusiya Premyer Liqasında ən çox qol vuran legioner idi. O, Rusiya çempionatında ilk iki mövsümdə (1992, 1993) 33 ən yaxşı futbolçu arasına düşüb.
Süleymanov milli komandamızın (24 oyun 5 qol) həm rəsmi oyunda, həm də yoldaşlıq görüşündə ilk qolunun müəllifi, ilk kapitanı olub. O, məşqçilik fəaliyyətinə futbolçu karyerasını bitirdiyi Soçinin “Jemçujina” klubunda başlayıb. Ancaq 2002-ci ildə işə başlayan Süleymanovun Rusiya çempionatının ikinci divizion təmsilçisində fəaliyyəti qısa müddətli olub.
Son iş yeri olimpiya yığmamızda köməkçi-məşqçi vəzifəsi olan 44 yaşlı çalışdırıcı cari çempionatda bir oyuna komanda çıxarıb. Belə ki, makedoniyalı Qyoko Hacıyevski “Bakı”nın baş məşqçi postundan istefa verdikdən sonra “zolaqlılar” Süleymanovun rəhbərliyi altında “Qarabağ”la qarşılaşıb (0:1). Hələ Hacıyevskinin dövründə əvəzedici komandanın baş məşqçisi işləyən Süleymanov məşqçi kimi ilk və hələlik yeganə çempionluğunu “Bakı”da qazanıb. O, makedoniyalı həmkarının gedişindən az sonra klubla yollarını ayırıb.
Qeyd edək ki, Süleymanov 2005-ci ildən güclülər dəstəsində mübarizə aparan “Olimpik”in tarixində 5-ci baş məşqçisi olub. Debüt mövsümündə komandanı xorvat Stepan Çordaşla serb Peter Kurçubiç çalışdırıb. Düzdür, Çordaş 3-cü turda istefa verəndən sonra Kurçubiçin (19 oyun) təyinatına qədər 4 görüşdə Camaləddin Əliyevin baş məşqçi əvəzi olduğunu da nəzərə almaq lazımdır. 2006-cı yayında “Olimpik”in yeni çalışdırıcısı təyin edilən Abdullayev ümumilikdə 105 görüş keçirib. “Olimpik” hələ AMMK adı altında birinci dəstəsə oynadığı zaman (2004/05) isə baş məşqçi Şakir Qəribov olub.
Nazim Süleymanovun milli çempionatımızda baş məşqçi kimi fəaliyyəti:
“Xəzər-Lənkəran” klubu
2004/05 mövsümü
Ölkə çempionatı
7 oyun: 5 qələbə, 2 heç-heçə (topların fərqi 9-2)
2005/06 mövsümü
Ölkə çempionatı
6 oyun: 1 qələbə, 2 heç-heçə, 3 məğlubiyyət (topların fərqi 6-7)
Ölkə kuboku
4 oyun: 4 qələbə (topların fərqi 17-0)
Cəmi: 17 oyun, 10 qələbə, 4 heç-heçə, 3 məğlubiyyət (32-9)

0
0