İlin 10 ən böyük qalmaqalı
29.12.2009 - 12:27
2009-cu il Azərbaycan idmanında uğurlu, sevincli, kədərli və qalmaqallı günlərlə yadda qaldı. Uğurlar, nailiyyətlər barədə kifayət qədər yazmışıq. Bu dəfə isə idmanımızın qalmaqallı hadisələrinə toxunacağıq. Apasport.az saytının versiyasına görə, 2009-cu ildə idmanımızda baş verən 10 ən böyük qalmaqal aşağıdakılardır.
Rəşad Sadıqovun transferi
Yanvar. İki dəfə Azərbaycanın ən yaxşı futbolçusu seçilmiş Rəşad Sadıqov “Neftçi”nin əvəzedici heyətinə göndərildikdən sonra qüvvəsini ölkə xaricində sınamaq qərarına gəldi. Türkiyəyə yollanan müdafiəçi özünə təxminən bir ay klub axtardı. Həmin ərəfədə hansısa səbəbdən bir qrup jurnalist Rəşadı ucuz reklam etməyə başladılar. Hətta onun havadarları “Rəşad Sadıqov rəsmən “Konyaspor”da” başlıqlı dezinformasiyalar da yaydılar. Təbii ki, bu, ölkənin obyektiv mətbu orqanlarının ciddi narazılığına səbəb oldu və gərgin müzakirələrə yol açdı. Sadıqovun adı bir neçə güclü klubla yanaşı hallansa da, o, “transfer pəncərəsi”nin son günündə Türkiyə Superliqasının autsayderi “Kocaelispor”la anlaşa bildi.
Gedenin sillələnməsi
25 fevral. Azərbaycan kuboku uğrunda yarışın 1/4 final mərhələsində Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilən “Qarabağ” - “Neftçi” (1:0) oyunundan sonra şok hadisə yaşandı. Qarşılaşmanın ardından flaqmanın o vaxtkı baş məşqçisi Hans-Yurgen Gede fiziki təzyiqə məruz qaldı. Belə ki, almaniyalı çalışdırıcı mətbuat konfransı zalına yollanarkən, “Neftçi”nin bir azarkeşi doğma komandasının 4 gündə 2 dəfə məğlubiyyətinə görə əsəblərini cilovlaya bilmədi. O, Gedenin üstünə hücum çəkərək, məşqçini sillə ilə vuraraq aradan çıxdı. Bundan 10 gün sonra isə 53 yaşlı əcnəbi mütəxəssis istefaya göndərildi.
Babək Quliyevin qəbiri
10 mart. Bu tarix Azərbaycan futbolunda hakimliklə bağlı növbəti qalmaqallı gün kimi yazıldı. Birdən-birə beynəlxalq dərəcəli 2 hakim - Babək Quliyev və Anar Niyazov qeyri-müəyyən müddətə cəzalandırıldı. Onların barəsində rəsmi qərar AFFA-nın Hakimlər Komitəsi tərəfindən martın 16-da çıxarıldı. Qərarda deyilirdi: “AFFA Hakimlər Komitəsinin “Nizam-İntizam Kodeksi”nin 1-ci maddəsinin “h” bəndinə uyğun olaraq, Babək Quliyev və Anar Niyazov hakim adına xələl gətirən nöqsanlara yol verdikləri üçün bütün yarışlardan uzaqlaşdırılıblar”. Hadisə isə belə olmuşdu: “Bakı” - “Qarabağ” matçından (2:0) sonra ikincilərin direktoru Əmrah Çəlikəl PFL-in prezidenti Ramin Musayevin otağından Babək Quliyevə zəng vurur. Hakim telefon zənginə cavab verir və bu, onun cəzalandırılması ilə nəticələnir. Ramin Musayev əlində ciddi əsas olduğunu desə də, ortaya heç bir fakt qoya bilmədi. Quliyev isə elə qəzəbləndi ki, keçirdiyi mətbuatda konfransında şok açıqlamalar verdi: “Heç nədən qorxmuram. Beş il yarım Keşlə qəbiristanlığının müdiri işləmişəm. Orada torpağa tapşırılmış dayımın yanında mənim də qəbrim var”.
Mahir Şükürovdan “Fair play”
8 aprel. Premyer Liqanın 2008/09 mövsümünün XX turunda Mahir Şükürov “qəhrəmanlıq” etdi. O vaxt “Olimpik”in şərəfini qoruyan 27 yaşlı futbolçu “Bakı” ilə matçın 51-ci dəqiqəsində, hesab 1:0 rəqibin xeyrinə olarkən, “Fair play” qaydalarına zidd hərəkət edərək, bərabərlik qolunun vurulmasına yardımçı oldu. “Olimpik”in hücumçusu Junivan Suaresin cərimə meydançasında zədələndiyini görən “Bakı”nın üzvü Fernando Peres topu bilərəkdən auta göndərib. O, topu yan xətdən çıxarmaqla, "Fair play" qaydalarına uyğun olaraq, Suaresə yardım göstərilməsinə şərait yaradıb. Ancaq Suares az sonra ayağa qalxaraq, oyunu davam etdirəcəyini bildirdiyindən, həkim müdaxiləsinə ehtiyac qalmayıb. “Olimpik”in digər futbolçusu Mahir Şükürov isə topu autdan gözlənildiyi kimi, “Bakı”nın oyunçularına yox, Suaresə ünvanlayıb. Nəticədə Suares qüvvətli zərbə ilə hesabı bərabərləşdirib. Sonra daha bir qol vuran “Olimpik” 2:1 hesablı qələbə qazandı. Oyunun nəticəsinin ləğv olunmasını istəyən “Bakı” rəhbərliyi sərt bəyanat verdi: “Mahir Şükürov ləyaqət anlayışının üstündən xətt çəkdi”. “Olimpik” rəsmiləri isə Şükürovu əvəzedici komandaya göndərdi. Bundan bir neçə gün sonra özündə güc tapan futbolçu “Bakı”nın baş məşqçisi Qyoko Hacıyevski istisna olmaqla, hamıdan üzr istədi.
Foqtsun boykot edilməsi
6 iyun. Futbol yığmamızın dünya çempionatının seçmə qrup mərhələsində doğma meydanda Uelsə məğlubiyyəti (0:1) əsəbləri tarıma çəkdi. Oyundan sonra azərbaycanlı jurnalistlərin əksəriyyəti milli komandamızın baş məşqçisi Berti Foqtsun mətbuat konfransını boykot etdi. Almaniyalı mütəxəssis konfrans keçirilən məkana daxil olan kimi, əksər KİV nümayəndələri oranı tərk elədilər.
“Xəzər-Lənkəran”ın keçmişə qayıdışı
İyun. “Xəzər-Lənkəran” rəhbərliyi 10 aya iki vitse-prezident dəyişdi. Qışda Araz Nəsirovu vitse-prezident postunda dəyişən fan-klubun prezidenti Rəvan Bəşirov yarım illik fəaliyyəti zamanı heç nə ilə yadda qalmadı. Şablon açıqlamalar verən və jurnalistlərlə dil tapa bilməyən 24 yaşlı Bəşirova iyunun 16-da qapını göstərdilər. Onun yerini isə 2008-ci ilin avqustunda vitse-prezident postundan istefaya göndərilmiş Tuyqun Nadirova tutdu. Elə o ərəfədə “Xəzər-Lənkəran” rəhbərliyi daha bir keçmiş kadrı - Ağasəlim Mircavadovu kluba qaytardılar. Mircavadov 10 aylıq fasilənin ardından baş məşqçi vəzifəsində Ponomaryovu əvəzlədi. Bu faktlar komandadaxili gərginlikdən xəbər verirdi.
Yığmamızın Gürcüstandakı rüsvayçılığı
14 iyul. Gürcüstanın Batumi şəhərində keçirilmiş basketbol üzrə beynəlxalq turnirdə Azərbaycan yığması Ermənistana 64:71 hesabı ilə uduzdu. Amma həmvətənlərimizin yarışda üzləşdikləri ən böyük biabırçılıq heç də ermənilərə məğlubiyyət deyildi. Ən utancverici məqamlar bədnam qonşularımızla oyun zamanı baş vermişdi. Belə ki, görüşün ilk hissəsi basketbolçularımızın 3:21 (!) hesablı məğlubiyyəti ilə nəticələnib. Demə, ermənilərlə qarşılaşmada komanda üzvlərinə göstərişləri baş məşqçi Tahir Urazayev yox, Gənclər və İdman Nazirliyinin əməkdaşı qismində Batumiyə ezam olunmuş Elxan Ağayev (Azərbaycanın İdman Rəqsləri Federasiyasının sabiq prezidenti, həmçinin Azərbaycan Atletika Federasiyasının sabiq əməkdaşı) verirmiş. Bu fikir-ayrılığı isə yığmada az qala dava-dalaşa səbəb olacaqmış. Tahir Urazayev ermənilərlə matçı belə xatırlayırdı: “Elxan Ağayev basketbolçularımıza fərdi müdafiə oynamağı tapşırmışdı. Ermənistan yığmasının heyətində ucaboy oyunçular var idi. Onlara qarşı müdafiədə fərdi çıxış etmək çətin idi”. Birinci hissədən sonra Urazayevin inadı sayəsində milli komandamız taktikanı dəyişib. Xətti müdafiəyə keçən basketbolçularımız 4-cü hissədə hesabı bərabərləşdiriblər. Lakin matçın axırıncı dəqiqələrində hesabı öz xeyirlərinə dəyişmək üçün həmvətənlərimizə güc çatmayıb. Nəticədə yığmamız 7 xal fərqi ilə uduzub. Beləliklə, iki şəxsin rəhbər davası ermənilərə məğlubiyyəti şərtləndirib...
Azarkeşin vəhşicəsinə döyülməsi
7 noyabr. “İnter” - “Qarabağ” görüşündən sonra (2:1) azarkeşlər arasında qarşıdurma oldu. Nəticədə “İnter”in fanatı Asif Xudayev bir neçə nəfər tərəfindən vəhşicəsinə döyüldü və bıçaqla hədə-qorxuya məruz qaldı. Bunu “Qarabağ” fan-klubunun üzvlərinin törətdiyi bildirilsə də, qarşı tərəf ittihamla razılaşmadı. Xudayev isə ciddi zədə aldı. Həkim onun 3 ay işləməsinə qadağa qoydu.
“Turan” və “Neftçi” arasında danışılmış oyun
5 dekabr. Bu, bəlkə də ilin ən qalmaqallı olayı oldu. “Turan” Premyer Liqanın növbəti turunda “Neftçi”yə bilərəkdən uduzdu. Birinci hissədə iki top fərqi ilə qalib gəlmiş Tovuz futbolçuları fasilədən sonra öz qapılarından 3 top buraxdılar. Oyunun belə ssenari ilə keçəcəyini apasport.az saytı hələ matçın fasiləsində yazmışdı. Ancaq nə “Neftçi”, nə “Turan”, nə də PFL rəsmiləri danışılmış oyun faktını təsdiq etdilər. PFL-in yaratdığı “gözəgörünməz” Ekspert Komissiyası isə sözügedən görüşdə heç bir razılığın olmadığın bəyan etdi. Ən qəribəsi isə budur ki, PFL prezidenti Ramin Musayev Ekspert Komissiyası üzvlərinin adlarını dövlət sirri kimi gizli saxladı.
Milli komandamızdan Yeni il “sürprizi”
26 dekabr. İlin son günləri AFFA rəhbərliyi üçün heç də ürəkaçan olmadı. 19 yaşadək qızlardan ibarət yığmamızda yaşı süni azaldılmış (“lipa”) futbolçuların oynaması aşkarlandı. AFFA-nın Avropa çempionatının elit-raundundan imtinası isə şok effekti yaratdı. Bununla bağlı, UEFA-ya məktub yazan assosiasiya rəhbərliyi “Fair play” qaydalarını əsas tutaraq, yarışa qatılmayacaqlarını bildirdi. Rüsvayçı hərəkətə yol verənlərin adlarını rəsmən bilmək üçün isə Pələng ilini, yəni 2010-cu ili gözləmək lazımdır.

0
0