Daha bir qeyri-adi qol sevinci - FOTO
13.01.2010 - 11:00
Daha bir qeyri-adi qol sevinci - FOTO
Misir futbol yığması Anqolada keçirilən Afrika Millətlər Kubokuna qələbə ilə başlayıb. Apasport.az saytının məlumatına görə, C qrupunda yer alan misirlilər Nigeriyanı üstələyiblər - 3:1. Hərçənd, oyunun əvvəli Hassan Şehatanın yetirmələri üçün uğursuz alınıb. Rəqib 12-ci dəqiqədə Çinedu Obasinin qolu sayəsində hesabda önə keçib. Misir komandası yalnız hissənin sonlarına doğru özünə gəlib. Nəticədə Emad Moteab 34-cü dəqiqədə bərabərlik qolunu vurub.

Elə oyunun ən maraqlı məqamı da bu vaxt yaşanıb. Hesabda tarazlığı yaradan misirli futbolçular qol sevincini qeyri-adi şəkildə yaşayıblar. Onlar meydanda səcdə gedərək, Allaha itaət ediblər. Fasilədən sonra daha iki dəfə fərqlənən (54-cü dəqiqədə Əhməd Hassan və 87-ci dəqiqədə Mohamed Naqui) Misir yığması əzmkar qələbəyə imza atıb.
0