“Bundesliqanın oyunlarını canlı izləmək özü bir təcrübədir” - MÜSAHİBƏ
18.02.2010 - 00:45
15 yaşadək futbolçulardan ibarət yığma komandamız Almaniyada təlim-məşq toplanışı keçirib. 6 həftə “Duysburq”un uşaq məktəbində hazırlıq keçirən millimiz bir neçə gün əvvəl vətənə dönüb. Komandanın baş məşqçisi Təbriz Həsənovla söhbət zamanı həm toplanış, həm də uşaqların Almaniyada olduğu müddətdə gördüyü işlər barədə söhbətləşdik.
- Almaniya toplanışı necə keçdi?
- Yanvarın 4-dən fevralın 12-dək U-15 Almaniyanın Duysburq şəhərində təlim-məşq toplanışında oldu. Orada olduğumuz müddətdə 8 yoldaşlıq matçında gücümüzü sınadıq. Plan əsasında 9 oyunda meydana çıxmalı idik. Lakin hava şəraiti üzündən 1 görüş baş tutmadı. Ümumilikdə götürdükdə, pis alınmadı. İlk görüşdə məğlub olduq. Oyun qarlı meydançada keçirilirdi və uşaqlar tez-tez sürüşürdülər. Bu da nəticəyə təsir etdi. Qalan oyunlarda qələbə qazandıq. Məşqlərə gəldikdə, əsasən fiziki hazırlığa, eyni zamanda taktiki çalışmalara üstünlük verdik. Fikrimcə, ilk günlə müqayisədə sona yaxın artımın olduğunu müşahidə etmək elə də çətin deyildi. Hazırlıq müddətinin səmərəli keçdiyini qeyd edə bilərəm. Hazırlıq planına və məşqlərə Azərbaycan yığma komandasının məşqçisi Olaf Yansen rəhbərlik edirdi. Uşaqları oyunlara mən çıxarırdım. Yəni heyəti qurmaq, taktikanı müəyyənləşdirmək mənə tapşırılmışdı.
- Bu toplanış zamanı hansı yenilikləri qeyd edə bilərsiniz?
- İlk gündən Olaf Yansen komanda haqqında məndən məlumat aldı. O, əsasən hansı çatışmazlıqları aradan qaldırmağın üzərində işləməyimizin vacib olduğunu öyrəndi. Təbii ki, Azərbaycan futbolunun əsas problemlərindən biri oyunçuların taktiki cəhətdən düzgün düşünə bilməmələri, mövqe seçimində yanlışlığa yol vermələridir. Çalışdıq ki, toplanış müddətində uşaqlara meydanda hücum, eyni zamanda müdafiə vaxtı necə düzülməyin lazım olduğunu başa salaq. Bir sözlə, komandaya kollektiv şəkildə taktiki hərəkətləri aşılamağa çalışdıq. Uşaqlar bilmədikləri şeyləri öyrəndilər. Düzdür, 6 həftənin içərisində bütün çatışmazlıqları yoluna qoymaq mümkün deyil. Lakin irəliyə doğru addım atıldığı şübhəsizdir.
- Ümumi götürdükdə, Almaniyadakı hazırlıq prosesi uşaqlara nə verdi?
- Komanda bir kollektiv kimi formalaşıb. Bu uşaqlar U-15-in əsas heyətini təşkil edirlər. Onlar bir-birini anlamağa çalışdılar və sona qədər mübarizə aparmağın vacibliyini başa düşdülər. Futbol elə oyundur ki, meydandakı 11 nəfərin hamısı düzgün hərəkət etməlidir. Toplanış zamanı uşaqları bu yöndə hazırlamağa çalışdıq. Hər şeyin əla olduğunu demək də olmaz. Hər halda, hazırlıq mərhələsi bizim üçün faydalı oldu.
- Komanda üzvlərinin əksəriyyəti ilk dəfə idi ki, ölkə xaricində bu qədər müddətə qalırdı. Bu, onlarda hər hansı problem yaratmadı?
- Heyətdə yer alanlardan təxminən 10 nəfəri Türkiyədə, “Fənərbaxça”nın bazasında keçirdiyimiz toplanışda iştirak edib. Qalanları yenilər idi. Nizam-intizam baxımından heç bir problem olmadı. Biz qaldığımız məktəbdə tək futbolçular deyil, digər idman növləri ilə məşğul olanlar da məskunlaşmışdılar. Sevindirici haldır ki, idman məktəbinin rəhbərliyi komandanın nizam-intizamından razı qaldıqlarını bildirdilər və təşəkkür etdilər. Toplanış üçün 6 həftə uzun müddətdir. Bu dövr ərzində uşaqlarda hansısa psixoloji gərginlik də ola bilər. Ancaq uşaqlar bir Azərbaycan vətəndaşı kimi özlərini nümunəvi göstərdilər.
- Boş vaxtları necə keçirirdiniz? Uşaqlar üçün ekskursiyalar təşkil edilirdimi?
- Bunun üçün də xüsusi proqram hazırlanmışdı. Hər həftə Bundesliqanın oyunlarını izləyirdik. Məsələn, “Bayer” - “Frayburq”, “Köln” - “Hamburq”, “Borussiya” (Mönxenqladbax) - “Boxum”, “Duysburq” - “Ayntraxt” matçlarını stadiondan seyr etdik. Daha sonra “Fortuna”, “Bayer”, “Volfsburq”, “Borussiya”nın əsas heyətləri arasında təşkil edilən turniri izlədik. Komandalar bir-biri ilə cəmi bir hissə qarşılaşdılar və günün sonunda qalib müəyyənləşdi. Bundan başqa, muzeyə, teatra gedirdik. Qaldığımız yerdə hər axşam uşaqlar film seyr edirdi. Proqram elə qurulmuşdu ki, uşaqlar darıxmırdılar. Tək futbol biliklərini deyil, dünya görüşlərini də artırdılar. Bundesliqanın oyunlarını canlı izləmək özü bir təcrübədir. Təsəvvür edin, Leverkuzenin təxminən 70 min əhalisi var. Amma oyunlar zamanı 35 min nəfərlik stadion tamamilə dolur. İnsanlar oyuna bayram kimi gəlirdilər.
- Müqayisə aparmaq üçün “Duysburq”un uşaq komandalarının məşqlərini necə, izlədinizmi?
- “Fənərbaxça” ilə müqayisədə buna imkan olmadı. Gündəlik qrafikimiz sıx idi. Səhər yuxudan durduqdan sonra yemək yeyirdik, sonra məşqə gedirdik. Gəldikdən sonra günorta yeməyinə hazırlaşırdıq. Yeməkdən sonra hər gün 1 saat uşaqlar üçün ingilis dili dərsi keçirilirdi. Sonra 1 saat istirahət olurdu. Ardından axşam məşqinə çıxırdıq. Axşam yeməyindən sonra uşaqlar bir saat gəzişirdilər. Ardından film seyr edirdilər. Elə vaxt olurdu ki, filmin yerinə nəzəri dərs keçirdik və ya oyunumuzu seyr edib, təhlil edirdik.
- Oyunları təhlil etdiyinizi dediniz. Uşaqlarda hansı irəliləyişi və ya əksinə, yerində saymanı qeyd edə bilərsiniz?
- Kollektiv şəkildə irəliləyişin olduğunu qeyd edə bilərəm. Uşaqlar artıq taktiki cəhətdən düzgün oynamağa çalışırdılar. Çatışmayan cəhətlərimiz də çoxdur. Uşaqlar hələ tam istədiyimiz kimi oynaya bilmirlər. Bu da uşaq futbolundakı problemlərdən qaynaqlanır. Yəni onlara bunu məşq prosesində öyrətməyiblər. Bizim uşaqlar topla çox oynamağı sevirlər.
- Yığmamızın baş məşqçisi Berti Foqts da oyunlarınızı izləyib. Yəqin ki, görüşdən sonra sizinlə fikir mübadiləsi aparıb, öz tövsiyələrini verib...
- Bəli, Foqts da bizim məşqləri izlədi, oyunumuza baxdı. Uşaqlar haqqında müsbət fikirdədir. Almaniyalı mütəxəssis perspektivli uşaqların olduğunu və gələcəkdə aralarından yaxşı futbolçuların çıxacağını vurğuladı. AFFA-nın baş katibi Elxan Məmmədov da oyunumuza baxdı. Bu cür toplanışların yığmamıza xeyri böyükdür. Onlar böyük futbol görürlər. Təbii ki, bu cür toplanışlardan sonra onlarda müsbət dəyişikliklərin olduğunu müşahidə edirik. Türkiyədən gəldikdən sonra uşaqların klublardakı məşqlərlə yanaşı, fərdi şəkildə çalışdıqlarını da öyrəndim. Bu gün AFFA rəhbərliyi uşaq futbolunun inkişafı üçün şərait yaradıb. Bu layihənin həyata keçirilməsi də bundan xəbər verir.
- Siz toplanışlar zamanı uşaqlara nəzarət etməklə yanaşı, həm də bir məşqçi kimi təcrübənizi artırırsınız. Almaniya toplanışının sizə nə kimi faydası oldu?
- Olaf Yansendən çox şey öyrəndim. Çox təcrübəli məşqçidir. Eyni zamanda izlədiyim oyunlardan nəticələr çıxarmağa çalışdım. Mönxenqladbax “Borussiya”sı və “Bayer”in uşaq komandaları ilə qarşılaşdıq. Almaniyada uşaqların topla davranışı çox xoşuma gəldi. Adətən biz onları fiziki güclərinə görə fərqləndirirdik. Amma almaniyalı futbolçular texniki cəhətdən də inkişaf ediblər. Topla artıq hərəkət etməyi sevmirlər. Ancaq bizdə əksinə, uşaqlar topla çox oynayırlar. Təbii ki, orda gördüklərim özü bir məktəbdir.
- Fevralın sonlarında Rusiyanın U-15-i ilə iki yoldaşlıq oyunu keçiriləcək. Bu görüşlərdə sırf Almaniya toplanışında iştirak edən futbolçulara şans verəcəksiniz, yoxsa yeni simalar olacaq?
- Yenilər olacaq. Müxtəlif səbəblərdən Almaniyaya apara bilmədiyimiz uşaqları hazırlığa cəlb edəcəyik. Həm də orda son məşqlərdə zədə alan oyunçular oldu. Ona görə 4-5 yeni futbolçunu sınamağı düşünürük.
Mənbə: “Futbol dünyası” qəzeti

0
0