“Milan”ın 5-ci biabırçılığı
11.03.2010 - 10:22
“Milan”ın 5-ci biabırçılığı
Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları İtaliyanın “Milan” klubunun biabırçı məğlubiyyəti ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “qara-qırmızılar” səfər qarşılaşmasında 0:4 hesabı ilə uduzmaqla tarixinin ən acınacaqlı məğlubiyyətlərindən birinə üzülüb.

Avrokuboklarda 55 il əvvəl debüt edən milanlılar indiyədək yalnız 4 dəfə 4 və daha çox top fərqi ilə uduzmuşdu. Qitə kuboklarında 336-cı matçını Mançesterin “Old Trafford” stadionunda keçirən “Milan” 6 ildən sonra 5-ci belə üzüntüsünü yaşayıb. “Rossonyerlər” sonuncu belə faciəni 2004-cü ildə İspaniyanın La-Korunya şəhərində yaşamışdı.

Çempionlar Liqası, 1/8 final, cavab oyunu
25.11.1959. “Barselona” (İspaniya) – “Milan” (İtaliya) 5:1 (ilk oyun – 2:0)

Superkubok, cavab oyunu
16.01.1974. “Ayaks” (Hollandiya) – “Milan” (İtaliya) 6:0 (ilk oyun – 0:1)

UEFA kuboku, 1/2 final, ilk oyun
04.04.2002. “Borussiya” (Dortmund, Almaniya) – “Milan” (İtaliya) 4:0 (cavab oyunu – 1:3)

Çempionlar Liqası, 1/4 final, cavab oyunu
07.04.2004. “Deportivo” (İspaniya) – “Milan” (İtaliya) 4:0 (ilk oyun – 1:4)

Çempionlar Liqası, 1/8 final, cavab oyunu
10.03.2010. “Mançester Yunayted” (İngiltərə) – “Milan” (İtaliya) 4:0 (ilk oyun – 3:2)
0