Cahangir Həsənzadə: Mən Kamran Ağayevdən zəif qapıçı deyiləm
11.03.2010 - 13:08
Cahangir Həsənzadə: Mən Kamran Ağayevdən zəif qapıçı deyiləm
“Milli komandada oynamaq hər bir futbolçunun arzusudur. Mən də həmişə yığmaya qayıtmaq barədə fikirləşirəm. Amma arzu etməklə heç nə olmur, gərək məşqçilər dəvət etsinlər. Fikrimcə, yenidən yığmaya qayıdıb, mübarizə aparmağa hazıram”. Bu sözləri apasport.az saytına açıqlamasında “Olimpik-Şüvələn” klubunun qapıçısı Cahangir Həsənzadə deyib.

Öz klubunda nadir hallarda oynayan 30 yaşlı qapıçı özünü yığma komandaya çağırılan Fərhad Vəliyevlə Kamran Ağayevdən zəif saymır: “Kamranla Fərhad həqiqətən də milli komandada oynamağa layiqdirlər. Amma hər bir futbolçunun özünəməxsus cəhətləri var. Bu mənada özümü heç kimdən zəif saymıram. Düzdür, bir müddətdir yığma komandadan kənarda qalmışam. Çalışacağam ki, daha yüksək səviyyəli oynayıb, yerimi bərpa edim”.

Xatırladaq ki, Cahangir Həsənzadə fasilələrlə yığma komandaya cəlb olunub. Hətta əsas qapıçıya qədər yüksəlib.
0