“Qalatasaray”ın əfsanəvi futbolçusu karyerasını bitirir - FOTO
11.03.2010 - 13:40
“Qalatasaray”ın əfsanəvi futbolçusu karyerasını bitirir - FOTO
İstanbulun “Qalatasaray” klubunun əfsanəvi futbolçularından sayılan Okan Buruk peşəkar karyerasını başa vurur. Apasport.az saytının məlumatına görə, hazırda “İstanbul BB” komandasının şərəfini qoruyan 37 yaşlı yarımmüdafiəçi bu planını dünən “Beşiktaş”a 0:2 hesablı məğlubiyyətdən sonra açıqlayıb.

“Bu mövsüm futbolla vidalaşıram. İnsan davamlı oynamaq istəyir, ancaq bu çox çətin görünür. Həm “Qalatasaray”da, həm də milli komandada böyük uğurlara imza atmışam. Xaricdə də yaxşı təcrübə qazandım. Bundan sonra da Türkiyə futboluna xidmət etmək istəyirəm” - deyə Okan vurğulayıb.

Xatırladaq ki, Türkiyə futbolunda qazanılan ən böyük nailiyyətlərdə Burukun da əməyi olub. O, 2000-ci ildə “Qalatasaray”da UEFA kuboku və UEFA Superkubokunu, 2002-ci ildə isə yığmanın heyətində dünya çempionatının bürünc medalını qazanıb. Okan peşəkar karyerasında 4 klubun - “Qalatasaray” (1991-2001-ci və 2006-08-ci illərdə), İtaliya “İnter”i (2001-04-cü illərdə), “Beşiktaş” (2004-06-cı illərdə) və “İstanbul BB”nin (2008-ci ildən indiyədək) formasını geyinib.
0