Xoş gəldin, “altılıq”: 66 günə 60 oyun!
11.03.2010 - 13:53
Xoş gəldin, “altılıq”: 66 günə 60 oyun!
Sabah Azərbaycan futbolunda tarixi gün olacaq. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının final mərhələsinə start verilməklə, mübarizə həlledici “altılıq” sistemi üzrə davam etdiriləcək.

12 komanda ilk mərhələnin yekuna görə iki qrupa bölünüb və bu zaman “qızıl xallar” nəzərə alınıb. Bu da 1-6, yaxud 7-12-ci yerlər uğrunda mübarizədə rəqiblərlə oyunlarda toplanılan xallardan ibarətdir. Mayın 16-da yekun vurulacaq “altılıq” 66 gün davam edəcək və ümumilikdə 60 oyun keçiriləcək.

Sözsüz ki, ilk “altılığ”ın oyunları daha çox maraq doğurur və artıq ilk turda diqqəti çəkən görüşlər olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda son Azərbaycan çempionu ilə ölkə kubokunun qalibi üz-üzə gələcək. Əslində, təqvimə görə “Bakı” ilə “Qarabağ”ın ilk görüşü Ağdamda keçirilməli idi. Amma Quzanlı stadionunun ot örtüyü ilə bağlı matçın məkanı dəyişdirildi. Nəticədə meydan sahibi olan “Bakı” rəqibi ilə xal fərqini bərabərləşdirmək üçün yaxşı imkan əldə edib. Növbəti xal itkisi çempionu titulunu qorumaq uğrunda işini çətinləşdirəcək.

“İnter”lə “Neftçi” ardıcıl 3-cü oyununa çıxacaq. “Bankirlər” son iki görüşdə qazandığı qələbələrlə rəqibin məşqçilərini yola salıb. Belə ki, baş məşqçi Vaqif Sadıqov “altılığ”ın son turunda elə “Şəfa” stadionunda 0:1, Sadıqovun özü ilə birgə gətirdiyi köməkçisi Şakir Qəribov isə Azərbaycan kuboku uğrunda 1/4 finalda evdə 0:3 məğlubiyyətdən sonra istefa verdi. Həm ilk mərhələnin qalibi olan, həm də “altılığ”a lider kimi başlayan “İnter” həmşəhərlilərini növbəti dəfə yenərsə, ən yaxın izləyiciləri ilə xal fərqini saxlayacaq.

“Xəzər-Lənkəran”ın ilk turda işini nisbətən asan saymaq olar. Hər halda, lənkəranlıların rəqibi “altılığ”ın autsayderi “Qəbələ”dir. Özü də “Xəzər-Lənkəran”ın “altılığ”a evdə başlaması qələbə qazanmaq şanslarını daha da artırır. Düzdür, onu da nəzərə alaq ki, “Qəbələ” indiyədək rəqibi ilə keçirdiyi 8 oyunda yeganə qələbəni (2:1) ötən mövsüm elə Lənkəranda qazanıb.

Qeyd edək ki, “Bakı” – “Qarabağ” və “İnter” – “Neftçi” oyunları “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanacaq.

XXIII tur
12 mart


14:00. "Bakı" - "Qarabağ"

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk mərhələdəki oyunlar – 0:1, 0:0

15:00. "Simurq" - "Karvan"
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
İlk mərhələdəki oyunlar – 2:0, 2:3

15:00. "Olimpik-Şüvəlan" - "Standard"
Bakı. "Şəfa" stadionu
İlk mərhələdəki oyunlar – 1:0, 2:0

18:00. "Xəzər-Lənkəran" - "Qəbələ"
Lənkəran. Mərkəzi stadion
İlk mərhələdəki oyunlar – 1:1, 1:0

13 mart

15:00. "Turan" - "Muğan"

Tovuz. Şəhər stadionu
İlk mərhələdəki oyunlar – 3:2, 1:0

16:00. "İnter" - "Neftçi"
Bakı. "Şəfa" stadionu
İlk mərhələdəki oyunlar – 1:2, 1:0

komandalar

o

q

h

m

t

x

1

"İnter"

10

5

2

3

11-10

17

2

"Qarabağ"

10

3

6

1

6-4

15

3

"Xəzər-Lənkəran"

10

3

6

1

8-4

15

4

"Bakı"

10

3

3

4

8-9

12

5

"Neftçi"

10

2

5

3

6-6

11

6

"Qəbələ"

10

1

4

5

6-12

7

7

"Simurq"

10

6

3

1

16-7

21

8

"Olimpik-Şüvəlan"

10

5

3

2

14-10

18

9

"Turan"

10

4

4

2

15-11

16

10

"Muğan"

10

2

4

4

5-7

10

11

"Standard"

10

2

3

5

7-13

9

12

"Karvan"

10

1

3

6

9-18

6


Bombardir: Adrean Neaqa (“Neftçi”) - 9
0