Cəmşid Məhərrəmov: Bülənt Korkmazla Berti Foqtsun heç bir günahı yoxdur
11.03.2010 - 14:36
“Baş məşqçi Bülənt Korkmazla aramızda problem yoxdur. Hamımız bir nöqtəyə vurub komandamızı uğura aparmaq istəyirik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun futbolçusu Cəmşid Məhərrəmov deyib.
27 yaşlı yarımmüdafiəçi nadir hallarda meydançaya çıxmasının səbəbini açıqlayıb: “Bu baş məşqçinin işidir. O, məni meydançaya buraxmırsa, nə etməliyəm? Korkmazın fikrinə hörmətlə yanaşıram. Ehtiyatda oturmağımın, bəzən “18”liyə düşməməyimin başqa səbəbləri var. Bir müddət idi ki, səhhətimdə problem yaranmışdı, tam gücümlə məşq edə bilmirdim”.
Məhərrəmov milli komandanın son toplanışına dəvət almamasını klubunda ehtiyatda qalması ilə əlaqələndirir: “Berti Foqtsda heç bir günah yoxdur. Oynamadığıma görə, heyətdən kənarda qalmağımı haqlı qərar hesab edirəm. Əlbəttə, bütün bunlar bir futbolçu kimi məni daha səylə çalışmağa sövq edir. Məşqlərdə heç bir axsama yoxdur. Yaxın gələcəkdə həm yığma komandada, həm də “Bakı”da yerimi qaytaracağıma ümidvaram”.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0