AFFA: Hansısa qəzetin yazdığı xəbər həmişə düz ola bilməz ki...
11.03.2010 - 15:02
Azərbaycan milli komandasının Hondurasla yoldaşlıq görüşü iyunun 2-də keçiriləcək. Apasport.az saytının məlumatına görə, mərkəzi amerikalı həmkarlarımız Avstriyadakı görüşün iyunun 5-də baş tutacağı haqda xəbər yaysa da, bu həqiqəti əks etdirməyib.
Belə ki, Honduras Futbol Federasiyasından AFFA-ya daxil olan rəsmi sənəddə millimizlə matçın tarixi kimi iyunun 2-si göstərilib. Honduras mətbuatı isə DÇ-2010-nun final mərhələsinin iştirakçısı olan yığmalarının həmin gün Rumıniya ilə oynayacağını iddia edir. Onların yazdığına görə, rəqibimiz mayın 27-də Belarus, iyunun 2-də Rumıniya, 5-də Azərbaycan yığması ilə görüşməlidir.
Məsələyə aydınlıq gətirən AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu vaxtla bağlı anlaşılmazlığı belə izah edib: “Hansısa Honduras qəzetinin yazdığı xəbər həmişə düz ola bilməz ki... AFFA-ya gələn rəsmi sənəddə matçın iyunun 2-də keçiriləcəyi əks olunub”.
Qeyd edək ki, Avstriyadakı qarşılaşmanın keçiriləcəyi şəhər və stadion hələ dəqiqləşməyib.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0