“Miçoviç Azərbaycanda qazandığını qazanıb, hələ qazanacaq da”
14.04.2010 - 11:36
“Miçoviç Azərbaycanda qazandığını qazanıb, hələ qazanacaq da”
Azərbaycan yığmasının və Bakının “Neftçi” klubunun sabiq qapıçısı Hüseyn Məhəmmədov vaxtilə birgə oynadığı həmkarını tənqid edib. Apasport.az saytının məlumatına görə, 8 qat ölkə çempionu serbiyalı Vladimir Miçoviçi paytaxt komandasında oynamağa layiq saymır.

“Miçoviçin əvəzedici heyətə göndərilməsi məni təəccübləndirmədi. Həqiqətən də “Neftçi”nin əsas heyətində oynamağa layiq deyil. Tez-tez səhvlər buraxır. Miçoviçdənsə, əvəzedici heyətin üzvünə şans vermək lazımdır. O, gənclərə örnək ola biləsi qapıçı deyil” – deyə Məhəmmədov bildirib.

Futbolçunun fikrincə, Miçoviçin Azərbaycanda qalmasının başlıca səbəbi puldur: “Təəssüf ki, bu gün Azərbaycanda legionerlər çoxdur. Onlar futbolumuzun inkişafına mane olurlar. Miçoviç artıq 4-5 ildir ki, Azərbaycandadır. Qazandığını qazanıb, hələ qazanacaq da. Amma futbolumuza heç bir xeyri dəyməyib”.

Xatırladaq ki, Hüseyn Məhəmmədov Mahmud Qurbanovdan sonra ən çox Azərbaycan çempionu olmuş futbolçudur. Uzun müddət “Neftçi”nin qapısını qoruyub.