“Azərbaycan çempionatının nəyi çətin keçir ki?”
14.04.2010 - 11:49
“Azərbaycan çempionatının nəyi çətin keçir ki? Həftədə bir oyun oynayırıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Kamran Ağayev deyib.
“Xəzər-Lənkəran”ın 24 yaşlı qapıçısı yığmanın 3 günlük təlim-məşq toplanışının klubdakı hazırlığına ciddi təsir etmədiyini düşünür. Unibank Premyer Liqasında mübarizənin qızışdığı vaxtda təşkil olunan toplanışda iştirak edən Kamran bu gün keçirilən mətbuat üçün açıq məşqdən sonra fikirlərini açıqlayıb: “Həmin qarşılaşma da normal tempdə keçir. Ona da çətinlik çəkmədən hazırlaşırıq. Düzdür, futbolçular qapıçılardan bir qədər çox yorulur. Mənim üçün çətin olmur. Bir neçə gün öz klubundan ayrı qalırsan, çempionat oyununa bir gün qalmış qayıdırsan klubun düşərgəsinə. Amma orada da məşq edirik, burada da”.
Qeyd edək ki, Ağayev millidə keçirdiyi 13 oyunda 13 qol buraxıb.

0
0