Fərid Quliyev: Milli komandada 1 qol vurub, 1 ötürmə etsəm də...
14.04.2010 - 11:58
“Artıq milli komandada 1 qol vurub, 1 ötürmə etmişəm. Lakin bu, heç nədir”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının hücumçusu Fərid Quliyev deyib.
Yığmada bu il debüt edən və keçirdiyi oyunlarda yaxşı təsir bağışlayan 24 yaşlı futbolçu komandada hələ özünü tam göstərmək fikrindədir. Çempionatın autsayderlərindən biri “Standard”da oynaması da Fərid üçün əhəmiyyət kəsb etmir: “Əsas seçmə mərhələ oyunlarıdır. Çalışacağam ki, seçmə mərhələ oyunlarda milliyə xeyir verim. “Standard”dakı çıxışlarıma gəlincə, hər futbolçu üçün əsas oyun təcrübəsinin olmasıdır. Əsas məqsədimiz Premyer Liqada qalmaqdır. Çalışırıq ki, bu vəzifənin öhdəsindən gələk. Belə psixoloji durum yığmadakı çıxışıma elə bir mənfi təsir də etmir”.
Qeyd edək ki, Fərid yığmada keçirdiyi 2 matçda 1 qol vurub.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0