Qırmızı vərəqə Berti Foqtsun planını pozub
14.04.2010 - 12:10
Qırmızı vərəqə Berti Foqtsun planını pozub
“Rusiyada milli komandanın üzvü Mahir Şükürovun oyununa baxmaq istərdim”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.

Bakıda keçirilən təlim-məşq toplanışı çərçivəsində baş tutan mətbuat üçün açıq məşqdən sonra almaniyalı mütəxəssis Rusiya Premyer Liqasında çıxış edən “Anji” klubunun üzvü olan Mahir Şükürovun oyununu izləyə bilməməyinə təəssüflənir: “Bu məqsədlə “Anji”nin MOİK-lə matçını izləməyi planlaşdırmışdım. Ancaq təəssüf ki, bunu edə bilmədim”.

Qeyd edək ki, Foqtsun arzusunu Mahirin qırmızı vərəqəsi gözündə qoyub. II turun “Amkar”la oyununda meydandan qovularaq, cəzalı duruma düşən 28 yaşlı yarımmüdafiəçi MOİK ilə qarşılaşmanı buraxmışdı. Elə bu da Foqtsun Rusiya səfərinə mane olub.