“Xəzər-Lənkəran” “Neftçi”nin məkanında
14.04.2010 - 12:59
Unibank Premyer Liqasının XXVIII turunda “Qəbələ” ilə qarşılaşacaq “Xəzər-Lənkəran” matçın hazırlıqlarına başlayıb. Apasport.az saytının məlumatına görə, Ağasəlim Mircavadovun yetirmələri səfər oyununa Bakıda hazırlaşır.
Lənkəranlılar “Neftçi”nin köhnə bazası kimi tanınan Olimpiya Yığmalarının Təlim-Məşq Mərkəzində məşq edirlər. Bu gündən paytaxtda hazırlıq keçən “Xəzər-Lənkəran”ın burada məşq etməsi səbəbsiz deyil. Belə ki, “Qəbələ”nin ev oyunlarını süni örtüklü meydanda keçirdiyini nəzərə alınıb. Komanda Bakıda da eyni örtükdə məşq keçmək üçün bu bazaya üz tutub. Lənkəranlılar sabahkı məşqdən sonra Qəbələyə yollanacaq.
Mənbə: www.lankaranfc.com

0
0