Arifdən bir işarə də bəsdir
14.04.2010 - 13:22
Arifdən bir işarə də bəsdir
“Neftçi” Unibank Premyer Liqasında ən çox legioneri olan komandalardan biridir. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar”ın hazırda heyətindəki 14 legionerin hamısını yüksək səviyyəli saymaq olmaz.

Hər halda, klubun prezidenti Sadıq Sadıqov da həmin əcnəbilərin hamısından razı qalmadığını açıqlayıb. Bu isə mövsümlərarası fasilədə heyətlə bağlı ciddi islahatları nəzərdə tutan flaqmanın bir sıra legionerləri ilə vidalaşacağına işarədir. Sadıqovun onların adlarının indidən açıqlamamağı başa düşüləndir. Hər halda, uğursuzluq zolağında olsa belə, medal, avrokuboklara şansını saxlayan “Neftçi”nin vacib oyunlar öncəsi imtina edəcəyi futbolçuların adını çəkməsi ən azı etik cəhətdən düzgün deyil. Ancaq hər halda, “ağ-qaralar”ın hansı legionerləri ilə vidalaşacağını indidən ehtimal etmək olar.

Əslində, bununla bağlı ilk siqnal baş məşqçi Arif Əsədovdan gəldi. Gənc çalışdırıcı son uğursuz nəticələri nəzərə alaraq, serb qapıçı Vladimir Miçoviç, türkmən yarımmüdafiəçi Nazar Bayramov və kamerunlu hücumçu Valentin Atemi əvəzedici komandaya göndərdi. Sözsüz ki, bu, həmin “üçlüy”ün gələn mövsümdə komandada qalmaq şansını xeyli azaldıb. Onların gedənlərə əsas namizəd saymaq olar. Miçoviç “Neftçi”nin hazırkı heyətində ən uzun müddətli oynayan legioner olsa da, əvvəlki kimi əsas qapıçı deyil. 2005-ci ildən paytaxtda oynayan qapıçının artıq 35 yaşının olmasını, əsas heyətdə yerini itirdiyini nəzərə almaq lazımdır.

28 yaşlı Bayramov daha “Karvan”da olduğu kimi oynaya bilmir. Flaqmanda əsas heyət oyunçusu sayılmayan Nazara münasib olmayan vaxtda yığmasına çağırılmaqla, bakılıların hazırlığından kənarda qalması da problem yaradır. Ötən qış Almaniyanın “Duysburq” klubundan gələn Atem ilk vaxtlar nə qədər inamlı təsir bağışlasa da, cari mövsümdə günlərini daha çox ehtiyatda keçirir. Təsadüfi deyil ki, Valentin cari mövsümdə cəmi 1 qol vurub və bu da əcnəbi hücumçu üçün çox pis göstəricidir.

Qışda böyük ümidlərlə transfer edilən eston hücumçu Vladimir Voskoboynikov isə daha aşağı göstəriciyə malikdir. Hər halda, milli komandasının üzvü olan Vladimir hələlik qol hesabını açmayıb. Təbii ki, belə əcnəbi hücumçunu saxlamağı dəyməz. Üstəlik, Voskoboynikovla yarım illik müqavilə olduğundan, onun getmək şansı yüksəldir.

Valter Quqlemon da böyük ehtimalla göndərilənlər sırasında olacaq. Uruqvaylı hücumçunun Bakının “İnter” klubundakı məhsuldarlığından əsas-əlamət yoxdur. Ötən mövsüm 17 qolla çempionatın ən sərrast oyunçusu olan Quqlemon “Neftçi”də ölkə kubokunu da nəzərə alsaq, cəmi 4 qol vurub. Bunların isə penalti zərbəsindən və kubokda zəif rəqibə vurulduğunu nəzərə almaq lazımdır. Böyük ümidlərlə alınan Valter uğursuz transfer olduğunu özü öz oyunu ilə təsdiqləyir və qış fasiləsindən sonra əsas heyətdə yerini itirib.

Taavi Rahnla Valeri Abramidze mərkəz müdafiəçisi kimi əsas heyətə düşmək uğrunda rəqibdirlər. Ruslan Abışovun yığmada və “Neftçi”də müdafiənin mərkəzində inamlı oyunu onlardan birinin ehtiyata düşməsi ilə nəticələnir. Abramidzenin qışda gəlişindən sonra Taavi belə aqibətlə üzləşsə də, gürcü də əvvəlki oyunu göstərmir. Üstəlik, Valeri ilə anlaşma yarım illikdir. Yığma üzvü olan Rahnla Abramidze arasında seçim ediləcək və ən azı birinin gedəcəyi dəqiqdir.

Joze Karlos iki il yarımdır “Neftçi”də olsa da, ən gənc legioner hələ də özünü əsas heyət oyunçusu kimi təsdiqləməyib. İlk dövrədə yoxa çıxan, vətənindən çətinliklə dönən, zədələri olan braziliyalı hücumçu cari mövsümdə qol vurmayıb.

“Ağ-qaralar”ın heyətində olan hər üç rumıniyalı futbolçunun qalmaq şansı yüksəkdir. Hər halda, Adrean Neaqa, Marian Aliuta və Leonard Naydin komandaya fayda verən legionerlədir. Neaqa təkcə “Neftçi”nin yox, çempionatımızın bombardirlərindədir, Aliuta ilə Naydin isə orta sahədə müvafiq olaraq yaradıcı və dağıdıcı funksiyanı yaxşı yerinə yetirir.

“Neftçi”də 2008-ci ilin qışından oynayan Dmitri Kruqlov da yığmasında olduğu kimi, sabit oyun nümayiş etdirir. Milli komandasının da üzvü olan Paulius Qribauskas Vaqif Sadıqovun “Neftçi”nin baş məşqçi postuna gəlişinədək daim ehtiyatda qalsa da, sonradan ona verilən şansdan maksimum yararlandı. Nəticədə əsas qapıçıya çevrilən Qribauskas inamlı təsir bağışlayır, ciddi səhvlərə yol vermir. Üstəlik, legioner qapıçı üçün 26 yaşın münasib olması da qalacağından xəbər verir.

Suat Usta bu il əsas heyətdə yerini itirsə də, türkiyəli futbolçunun universallığı və zədəli olması nəzərə alınmalıdır. Əvvəllər mərkəz müdafiəçisi, cari mövsümdən isə dayaq yarımmüdafiəçisi mövqeyində oynayan Suat belində xroniki zədədən əziyyət çəkir. Sabiq “Qalatasaray”lı mübarizliyini nümayiş etdirib, uzun müddət ağrıkəsici iynələr hesabına meydana çıxıb.

“Neftçi”nin legionerlərinin cari mövsümdə göstəriciləri

 

Unibank Premyer Liqası

Azərbaycan kuboku

N

Futbolçu (Vətəndaşlığı, təvəllüdü)

oyun

dəqiqə

qol

sarı

qırmızı

oyun

dəqiqə

qol

sarı

qırmızı

1

Vladimir Miçoviç (Serbiya, 1975)

9

810

-8

1

0

2

180

-2

0

0

3

Taavi Rahn (Estoniya, 1981)

19

1710

0

5

0

2

180

0

1

0

4

Dmitri Kruqlov (Estoniya, 1984)

26

2307

1

2

0

2

135

0

0

0

5

Leonard Naydin (Rumıniya, 1979)

21

1596

1

4

0

2

135

0

0

0

9

Valter Quqlemon (Uruqvay, 1978)

21

1294

2

3

0

4

228

2

0

0

10

Marian Aliuta (Rumıniya, 1978)

22

1452

3

3

0

2

107

2

0

0

12

Paulis Qribauskas (Litva, 1984)

18

1620

-11

1

0

2

135

-3

0

0

14

Vladimir Voskoboynikov (Estoniya, 1983)

7

468

0

1

0

2

135

0

0

0

19

Suat Usta (Türkiyə, 1981)

20

1447

0

6

1

2

135

0

1

0

20

Joze Karlos  (Braziliya, 1988)

5

95

0

1

0

1

90

0

0

0

25

Adrian Neaqa (Rumıniya, 1979)

26

2292

11

7

0

1

90

0

0

0

30

Valentin Atem (Kamerun, 1979)

15

648

1

3

0

3

270

0

1

0

32

Nazar Bayramov  (Türkmənistan, 1982)

14

1059

0

3

0

2

180

0

0

0

44

Valeri Abramidze (Gürcüstan, 1980)

9

810

0

3

0

1

90

0

0

0