Foqts Almaniyaya 0:3 hesabı ilə uduzmaq istəyir
14.04.2010 - 14:59
“Avropa çempionatının seçmə mərhələsinə indidən hazırlaşırıq. Axı sentyabrda Almaniya ilə görüşürük. Bu dəfə 0:4 hesabı ilə uduzmaq istəmirik. Yalnız 0:3 hesabı ilə uduzmaq üçün indidən işə başlamalıyıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts vətənində verdiyi müsahibədə deyib.
63 yaşlı almaniyalı mütəxəssis ölkəmizdə onu narahat edən məsələyə də toxunub. Sən demə şahmatın Azərbaycanda futboldan çox sevilməsi Foqtsun heç xoşuna gəlmir: “Azərbaycanda futbol şahmat qədər populyar deyil. Harri Kasparov kimi şahmatçını yetişdirən ölkədə daha çox həmin idman növü sevilir. İkinci sırada isə ağır atletika gəlir. Mən bununla mübarizə aparıram. Futbol artıq bir fənn kimi məktəblərdə tədris olunur”.

0
0