“O, mən deyiləm, qardaşımdır”
14.04.2010 - 23:04
Azərbaycan yığmasının və "Xəzər Lənkəran"ın keçmiş qapıçısı Mikayıl Yusifovu qardaşı ilə səhv salıblar. Apasport.az saytının məlumatına görə, görənlər Mikayıl Yusifovun uşaq komandalarında məşqçi çalışdığını zənn ediblər. Yusifovun hazırda klubsuz olması onun məşqçiliyə başlaması şübhəsini həqiqətə çevirib. Lakin sən demə, məşqçilik edən Mikayıl Yusifov yox, onun qardaşı Rafael Yusifov imiş.
Mikayıl və Rafael əkiz qardaşdır. Onları biri-birindən fərqləndirmək mümkün deyil. Məhz ciddi oxşarlıq görənləri bu cür düşünməyə vadar edib.
Vaxtilə Türkiyədə legioner həyatı yaşamış Mikayıl Yusifov apasport.az saytına açıqlamasında bildirib ki, dəfələrlə qardaşı ilə səhv salınıb: "Hətta bizi evdə də dəyişik salıblar. Biz əkiz qardaşıq və bir-birimizə çox oxşayırıq. Qardaşım da vaxtilə futbolla məşğul olub. İndi isə hansısa uşaq komandasında məşqçilik edir. O, mən deyiləm, qardaşımdır. Mənim hələ futbolu atmaq fikrim yoxdur. Hazırda 27 yaşım var. Qismət olsa, 37 yaşımda məşqçi çalışaram”.
"Xəzər-Lənkəran”ın sabiq qapıçısı gələcək karyerası barədə də danışıb: “Qışda təkliflər vardı. Amma o təkliflərin müqabilində heç gedib oynamağa dəyməzdi. Yayı gözləyirəm. İnşallah, karyeramı ya Azərbaycan, ya da Türkiyə klubunda davam etdirəcəyəm”.

0
0