“Al bu pulları, yalnız mənim üçün soyun!” - FOTO
14.04.2010 - 15:39
Braziliya milli komandasının sabiq futbolçusu Adriano sevgilisi Coana Maçadoya orijinal təklif edib. Apasport.az saytının məlumatına görə, “Flamenqo” klubunun 28 yaşlı hücumçusu supermodeli qısqandığı üçün onu poza verməkdən çəkindirməyə çalışır.
Məşhur “Playboy” jurnalından sərfəli təklif alan Coana təxminən yarım milyon avro qazanmaq fikrinə düşüb. Sevgilisinin növbəti dəfə soyunub, erotik fotosessiya verəcəyini bilən Adriano isə bununla razılaşmaq istəmir.
Futbolçu dünya çempionatının startı ərəfəsində çıxacaq jurnalın üz qabığında Coananın şəklinin olmaması üçün əməlli-başlı xərcə düşməyə də razı olub. O, sevgilisinə “Playboy”un təklifindən ikiqat artıq – 1,1 milyon dollar (810 min avro) ödəməyə hazır olduğunu deyib. Lakin bir şərtlə ki, jurnal üçün soyunmasın. Bu təklifi qəbul etdiyini açıqlayan Maçado CAR-dakı mundialın startınadək Adriano ilə ailə həyatı quracaqlarını vurğulayıb.

0
0