Georgi Adamiya: “Neftçi”yə qol vurdum, “Bakı”ya da vursam, əla olar
14.04.2010 - 16:02
“Əlbəttə, qol vurmaq istənilən futbolçuya psixoloji üstünlük verir, özünəinamını artır. Təbii ki, derbidə qol vurmaq xoşdur. Amma bu, tək mənim əməyim deyil”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın futbolçusu Georgi Adamiya klubunun rəsmi saytına açıqlamasında deyib.
Cari mövsümdə hər 3 qolu qış fasiləsindən sonra “Qarabağ”ın heyətində “altılıq”da vuran Adamiya “Neftçi” ilə görüşün (2:0) qəhrəmanı oldu: “Komanda yoldaşlarımın topla əla rəftar etməsi işimi asanlaşdırır. Belə olan halda, topu və meydanı daha rahat hiss edirəm. Qoldan başqa mənə verilən ötürmədə də ustalığı qeyd etmək lazımdır. Bu dəfə Əfran İsmayılov, “Qəbələ” ilə oyunda Aslan Kərimov, Lənkəranda isə Elvin Məmmədov məni düzgün mövqeyə çıxarmışdılar. Ona görə də oyundaşlarıma təşəkkür düşür”.
Georgini ardıcıl ikinci həftə sabiq komandası ilə görüş gözləyir. Legioner bu dəfə Ağdamda, “Neftçi”dən sonra ikinci Azərbaycan çempionluğunu qazandığı “Bakı”nı sınağa çəkəcək: “Sabiq komanda məsələsinə gəlincə, biz peşəkar futbolçularıq. Şərəfini qoruduğumuz komandanın uğuru üçün sona qədər mübarizə aparmalıyıq. Təbii ki, “Bakı”yla oyunda da fərqlənmək istərdim. Amma 3 xalı məmnuniyyətlə qolumla dəyişərdim. Qələbə qazanacağımız halda, qol vursam, o lap əla olar. İstənilən halda, mən komanda futbolçusuyam və “Qarabağ” qələbə qazanmaq üçün nə lazımdısa edəcəm”.

0
0