Keyta da gecə klubuna qurşanıb
14.04.2010 - 16:47
Keyta da gecə klubuna qurşanıb
“Qalatasaray”da çıxış edən Kot d’İvuar millisinin üzvü Abdulkader Keyta gecə klubunda yaxalanıb. Apasport.az saytının “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, evində yeyib-içən Keyta 15 nəfər dostu ilə məşhur bir gecə klubuna üz tutub. Burada da səhərə qədər əylənən dostlar sonda 16 min türk lirəsi (təxminən 8000 AZN) “şot” veriblər.

Bundan xəbər tutan “Qalatasaray” rəhbərliyi futbolçularla ciddi danışıqlara başlayıb. Dalbadal gecə klublarında yaxalanan komandanın rəsmiləri Keyta ilə də görüşərək, ona xəbərdarlıq edəcəklər. Böyük ümidlərlə transfer yarımmüdafiəçinin adı klubun “qara siyahısı”ndadir. O mövsümün sonunda komandadan qovula bilər.

Xatırladaq ki, Keytadan öncə Jo da barda bir gecəyə 25000 türk lirəsi (təxminən 12500 AZN) hesab vermişdi.