“Neftçi” gündə bir məşq keçir
14.04.2010 - 17:00
“Neftçi” Unibank Premyer Liqasının XXVIII turu çərçivəsində “İnter”lə aprelin 18-də keçiriləcək ev oyununa hazırlığını davam etdirir. Komandanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, baş məşqçi Arif Əsədovun rəhbərliyi altında bu gün bazada bir məşq keçirilib. Milli komandanın heyətinə cəlb olunan və zədəli futbolçular hazırlıqda iştirak etməyib. Eyni zamanda, “Neftçi”nin 3 futbolçusu – Vladimir Miçoviç, Nazar Bayramov və Valentin Atem isə əvəzedici heyətdə bu gün saat 11:00-dan etibarən məşq keçib.
Qeyd edək ki, Əsədov hər üç legioneri son turlarda uğursuz nəticələri nəzərə alaraq əvəzedici heyətə göndərib. “Neftçi”dən hazırda milli komandamızın təlim-məşq toplanışında müdafiəçiləri - Ruslan Abışovla Rail Məlikov yer alıb.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0