Covanni dos Santos “Qalatasaray”da qalır
14.04.2010 - 22:08
“Qalatasaray”ın prezidenti Adnan Polatın baş məşqçi Frank Raykardla gələn mövsüm də çalışacaqlarını bildirməsindən sonra klubun idarə heyəti arasında keçirilən toplantıda yeni qərar verilib. Apasport.az saytının xəbərinə görə, “sarı-qırmızılılar”ın meksikalı yarımmüdafiəçi Covanni dos Santos komandada qalacaq. İstanbul klubu DÇ-2010 start götürməmişdən əvvəl 20 yaşlı futbolçunun transfer hüququnun məxsus olduğu “Tottenhem”lə danışıqlara başlayacaq. Bu transferin 4 milyon avroya başa gələcəyi bildirilir.
0
0