Çingiz İsmayılov: Futbol mənə heç nə verməyib... - MÜSAHİBƏ
14.04.2010 - 23:38
Bu günlərdə 75 yaşını qeyd edən AFFA-nın sabiq baş katibi Çingiz İsmayılovun müsahibəsi
- Əvvəlcə özünüz barədə məlumat verərdiniz...
- Qısaca onu deyim ki, ulu babam imkanlı adam olub. O, təxminən 1860-cı ildə Qala kəndindən Bakıya gəlib. Burada üç oğluna mülk tikib. Atam Məmməd İsmayılov “3-cü Beynəlmiləl” nəşriyyatında işləyib. Əvvəlcə mürəttib olub. 1923-cü ildən mətbəənin direktoru işləyib. Müharibə vaxtında Krımda yerləşən 216-cı diviziyada mətbəə direktoru olub. Sonradan almanların bombardmanı zamanı mətbəə dağılıb və atam Bakıya qayıdıb. 1943-cü ildə Cənubi Azərbaycana gedib. Onunla olan yazıçılardan Manaf Süleymanov “Oxuduqlarım, gördüklərim, eşitdiklərim”, Əli Vəliyev isə “Samovar tustülənir” kitabında atam haqqında xatirələrini yazıb. Müharibədən sonra da o, mətbəə direktoru olub. Ümumiyyətlə, bütün nəslimiz mətbəədə işləyib. Misal üçün, əmim Mirzəni 1947-ci ildə göndəriblər Almaniyaya ki, çap maşınları gətirsin. Qərbi Ukraynada cinayətkarlar onun getdiyi qatarın sonuncu vaqonunu ayırıblar və əmimi öldürüblər. Özümə gəldikdə, 1935-ci ildə dünyaya gəlmişəm. Məktəbə bir qədər gec, 1945-ci ildə getmişəm. Atam əsgərlikdə olduğu üçün bu bir qədər gec reallaşıb. Uşaqlığım da yaxşı keçməyib. Kasıbçılıq olub.
- Deyirsiniz ki, bütün nəsliniz mətbəə işçiləri olub. Belə bir ailədə futbolu seçmək çətin deyildi ki?
- Mənim atam futbolçu olmağımın əleyhinə olub. Həmişə deyirdi ki, get oxu. Lakin mən sonda istəyimə çatdım. Bilirsiniz, bizim vaxtımızda məktəblərdə bir çox idman növləri ilə məşğul olurdular. Mən özüm basketbola da getmişəm. Məktəbi 1955-ci ildə qurtardım. Sənədlərimi Neft və Kimya institutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyası-red.) verdim. Lakin imtahanlardan qabaq sənədlərimi götürdüm. Həmin vaxt baş məşqçimiz Oleq Timakov idi. O deyirdi ki, ya futbolla məşğul olun, ya da oxuyun. Bəziləri futbolu atdılar. Mən isə futbolu seçdim. Yeri gəlmişkən, bizim uşaqlardan yalnız əyani surətdə qurtaran bu yaxınlarda dünyasını dəyişən Nazim Hüseynov olub.
- Bununla belə, institut qurtarmısınız...
- Bəli. İndi Bakı Dövlət Universiteti adlanan təhsil ocağında jurnalistika fakültəsini bitirmişəm. Mənim qəzetlərdə iş təcrübəm var idi, yazılarım dərc olunurdu. Ona görə də mənə simpatiya bəsləyirdilər. Üstəlik, Azərbaycan Dövlət Televiziyası ilə də əməkdaşlıq edirdim. Yadımdadır, bizə dərs deyən Bəxtiyar Vahabzadə həmişə o biri uşaqlardan soruşurdu: “Məlumdur ki, Çingiz idman jurnalisti olmaq istəyir. Bəs siz nə istəyirsiniz?”.
- “Neftçi”yə nə vaxt gəlmisiniz?
- 1955-ci ildə. Özü də küçə futbolundan. Məşqçilər məni görüb bəyəndilər və dərhal flaqmana götürdülər. O vaxt yaxşı futbolçular var idi. Amma mənə çətin idi. Qapıçı kimi öz üzərimdə çalışırdım. 1957-ci ildə anam dünyasını dəyişdi. Həmin günün axşamı “Neftçi”nin məşqçiləri gəldilər ki, bəs sabah Ermənistanın “Spartak” (indiki “Ararat”) komandası ilə qarşılaşırıq. Atam oynamağıma razı olmasa da, mən getdim. Onda 2:1 hesabı ilə qələbə qazandıq. Həmin görüş zamanı necə bir psixoloji gərginlik keçirdiyimi deyə bilmirəm. Bir də həmin komanda ilə İrəvandakı oyunumuz yadımdadır. Həmin görüşdə onlar 90 dəqiqə hücum elədilər. Haradan vururdular, mənə dəyib qapıya girmirdi (gülür). Sonda da 1:0 hesabı ilə qələbə qazandıq.
- 1962-ci ildə “Neftçi”dən ayrıldınız. Niyə?
- O vaxt başqa cür idi. Komandanın bir futbolçusu ilə mübahisəm oldu. O da “yuxarılar”ın sevimlisi idi. Vəziyyət elə idi ki, getməyə bilməzdim. Amma onda da heç kimə “günahkarsan” demədim. Həmişə çalışıram ki, günahı özümdə axtarım.
- Karyeranızın sonrakı hissəsi necə oldu?
- Bir qədər Bakının “Dinamo”sunda oynadım. 1965-ci ildə biz Gəncənin “Dinamo”suna uduzduq və onlar SSRİ çempionatının birinci dəstəsinə çıxdılar. Bizim komanda isə dağıldı. Mən də Gəncənin komandasına keçdim. Burada 1967-ci ildə zədələndim. Ona görə “Dinamo” güclülər dəstəsində çıxış edəndə oynaya bilmədim. Əməliyyat olunmuşdum.
- Yeri gəlmişkən, “Dinamo” niyə güclülər dəstəsində yerini qoruya bilmədi?
- O vaxt komandanı elitaya çıxaran məşqçiləri saxlamadılar. Gətirdikləri Çistoxvalov soyadlı məşqçi isə yaxşı kollektiv formalaşdıra bilmədi. Yeri gəlmişkən, “Dinamo”dan sonra “Neft daşları”nda bir az oynadıqdan sonra karyeramı başa vurdum.
- Dərhal da Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə keçdiniz?
- Mən hələ futbol oynayanda onlarla əməkdaşlıq edirdim. Düzü, televiziyada əvvəllər idmanla məşğul olmuş adamlar bunu etiraf etməyə utanırdılar. Mən təzə gələndə daha çox “Araz” radiosunda veriliş aparırdım. Oyunları da oradan şərh edirdim. Məni tez-tez tənqid edirdilər ki, danışığında Bakı ləhcəsi hiss olunur. Bunu düzəlt. Mən də bunu düzəltmək üzərində işləyirdim. Çox olub Valid Sənani görüşü şərh edəndə oturub yanında qulaq asmışam və öyrənmişəm.
- Çoxmu işlədiniz orada?
- 19 il. Orada baş redaktorun müavini vəzifəsinə qədər yüksəlmişəm. Bizə ayda 19 saat efir vaxtı ayrılmışdı. Bura oyunlar daxil deyildi. Elşad Quliyev, Abbas Əzimovla birgə işləyir, müxtəlif idman verilişləri hazırlayırdıq. Misal üçün “Çovqan” verilişi var idi. O zaman müxtəlif müğənnilərin, artistlərin də həyatından danışırdıq. Xulio İqlesias İspaniyada futbol oynamışdı. Ondan və digərlərindən verilişlər hazırladıq. Bizim proqramlarda Brilyant Dadaşova, Xuraman Abbasova kimi ulduzlar da iştirak edirdilər.
- “Neftçi”yə 1986-cı ildə dəvət aldınız?
- Bəli. O vaxt mənə dedilər ki, Fuad Musayev səni “Neftçi” komandasının rəisi təyin etmək istəyir. Mən də baş redaktor Elşad Quliyevlə danışdım. Dedim ki, “ona etibar etmək olmur. İki ildən sonra məni də çıxaracaq”. Elşad da təminat verdi ki, “sənin vəzifəni heç kimə verməyəcəm. Nəsə problem olsa, qayıt”. Bu doğrudan da belə oldu. Elşad işdən çıxan kimi o ştata Abbas Əzimovu təyin etdilər.
- “Neftçi”də işləriniz necə getdi?
- Asan deyildi. Düzdür, mən “Neftçi”yə bağlı adam idim. Orada oynamışam. Lakin bizim vaxt çətin idi. Xüsusilə də 1990-cı illərdə. Yadımdadır, o ərəfədə az qala komanda dağılacaqdı. Futbolçular da “Neftçi”dən getmək istəyirdilər.
- Oradan AFFA-ya keçdiniz. Bir müddət baş katib də işlədiniz. Buradakı fəaliyyətinizi necə dəyərləndirirdiniz?
- Fuad Musayev məni çağırdı. Getmək istəmirdim, amma sonradan razılıq verdim. O vaxt AFFA-ya gələn hər şeyi almaq üçün gömrüyə mən getməli olurdum. Xüsusilə “Şəfa” stadionu tikiləndə daha çox əziyyət çəkdim. Demək olar ki, günüm gömrükdə keçirdi. Kəmaləddin müəllim Dövlət Gömrük Komitəsinin sədri idi, sağ olsun, mənə çox hörmət edib. Məni hər dəfə qarşılayar, işlərin tez bir zamanda görülməsini tapşırardı. Ümumiyyətlə, heç kim deyə bilməz ki, Çingiz kimdənsə rüşvət alıb. Mən həmişə təmiz yaşamışam. Çalışmışam ki, vicdanla işləyim.
- 75 yaşınız tamam oldu. Özünüzü xoşbəxt sayırsınızmı?
- Bəli. İki oğlum, 3 nəvəm var. Düzdür, futbol mənə heç nə verməyib, amma hər şeyi alıb. Buradan mənə nə maşın, nə də ev veriblər. Heç ad günümdə də yaxşı hədiyyə aldığımı xatırlamıram. Digər tərəfdən, burada çoxlu dost qazanmışam. Allahdan bircə diləyim olub. Nə baş verirsə, günah məndədirsə mənim cəzamı versin, yox başqasındadırsa, həmin adamın. O da həyata keçib. Amma həyatımdan razıyam. Bu gün 3 ayrı şəhərdən zəng edirlərsə, UEFA-dan təbrik alıramsa, deməli, çox şeyə nail olmuşam. Bu gün avtobusda səsimi eşidən kimi tanıyırlar, hörmət edirlər. Yəni mən həyatımdan razıyam. AFFA rəhbərliyi də sağ olsun məni təbrik etdi.
Mənbə: “Futbol dünyası” qəzeti

0
0