İtaliyada baş məşqçi istefası
14.04.2010 - 22:29
İtaliyada baş məşqçi istefası
A seriyasının son turunda “Yuventus”a məğlubiyyətin ardından (0:1) “Kalyari”nin rəhbərliyi baş məşqçisi Massimiliano Alleqrini istefaya göndərib. Apasport.az saytının xəbərinə görə, buna səbəb Sardiniya təmsilçisinin aldığı uğursuz nəticələr olub. Son 10 turda cəmi bir qələbə qazanan “Kalyari”iyə əvəzedici komandanın çalışdırıcısı Corcio Molis rəhbərlik edəcək.
Qeyd edək ki, Alleqrinin yeni mövsümdən “Yuventus” və ya “Milan”ın sükanı arxasına keçəcəyi söylənilir.