“Təəssüf ki, Azərbaycanda Əmrə kimi futbolçu yoxdur”
14.04.2010 - 23:00
“Oyunun ilk dəqiqələrində sanki rəqibdən çəkindik, təkbətək mübarizələri qazana bilmədik. Amma bu çətin mərhələni geridə qoyduqdan sonra hesabı açmaq üçün imkanlarımız da oldu”. Apasport.az saytının xəbərinə görə, bunu 19 yaşınadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernard Lippert deyib.
Avropa çempionatının elit raundu çərçivəsində Türkiyəyə 0:2 hesablı məğlubiyyətdən sonra alman çalışdırıcı bildirib ki, komanda yaratdığı şanslardan yararlana bilməyib: “İkinci hissədə isə Türkiyə yığmasının futbolçularının fərdi keyfiyyətləri öz sözünü dedi. Rəqib təzyiqi artırdı və qolun vurulması artıq an məsələsi idi. Belə məqamlarda təcrübəli komandalar istədiklərinə nail olurlar. Türkiyə yığmasının əksər üzvləri daha yüksək səviyyəli çempionatda çıxış edirlər. Təəssüf ki, bizim Emre Çolak kimi oyunun müqəddəratını həll edə biləcək futbolçumuz yoxdur. Hesab edirəm ki, bu mərhələdə çıxış etməyin özü bizim üçün üstünlükdür”.
Mənbə: affa.az

0
0