Ronaldodan acı etiraf
14.04.2010 - 23:10
Hazırda “Korintians”ın şərəfini qoruyan Ronaldo özünü Braziliya millisinin heyətində DÇ-2010-da iştirak etməyə layiq görmədiyini etiraf edib. Apasport.az saytının xəbərinə görə, “Yekədiş” bildirib ki, yığmada oynamağa layiq deyil: “Bu aşkardır və bu haqda müzakirə aparmaq belə yersizdi. Ancaq hər halda, lazım gəlsə, yığmama kömək etməyə hazıram. Çünki Braziliya vətənimdir və onu beynəlxalq arenada təmsil etmək böyük fəxrdir”.
Qeyd edək ki, 33 yaşlı Ronaldo DÇ-lər tarixində ən çox qol vuran futbolçudur. İkiqat dünya çempionu titulunun sahibi olan forvardın hesabında 15 top var.
Qeyd edək ki, 33 yaşlı Ronaldo DÇ-lər tarixində ən çox qol vuran futbolçudur. İkiqat dünya çempionu titulunun sahibi olan forvardın hesabında 15 top var.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0