Eriksson ayda 305 min avro qazanacaq
15.04.2010 - 08:41
Dünya çempionatında Kot d`İvuar yığmasına rəhbərlik etməyə razılıq verən isveçli Sven-Qoran Erikssonun aylıq məvacibi açıqlanıb. Apasport.az saytının xəbərinə görə, 62 yaşlı mütəxəssis “Fillər”in sükanı arxasında olduğu müddət ərzində ayda 305 min avro məvacib qazanacaq. Bundan başqa, o, adıçəkilən komandanı qrupdan çıxaracağı təqdirdə 203 min avro, 1/4 finala vəsiqə qazandıracağı halda 305 min avro, yarımfinala və finala yüksəldəcəyi halda isə müvafiq olaraq 406 min avro və 509 min avro mükafat alacaq. Əgər Kot d`İvuar yığması dünya çempionu olsa, Erikssonun mükafatı 1,5 milyon avroya qədər artacaq.
0
0