“Elə bilirlər ki, üzümə gülməklə məni aldadacaqlar”
14.04.2010 - 23:12
“Mən idmanda yeni deyiləm. Hazırda rəhbəri olduğum “Neftçi” İdman Sağlamlıq Mərkəzi ölkə idmanına layiqincə xidmət edir. Bu mərkəz hansı səviyyədədirsə, flaqman da futbola o səviyyədə xidmət göstərməlidir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” futbol klubunun prezidenti Sadıq Sadıqov deyib.
Sadıqovun fikrincə, bəzi insanlar rəhbərlik etdiyi komandanın məğlubiyyətlərinə sevinir: “Onların urəyincədir ki, "Neftçi" uduzur, çempion ola bilmir. Onlar deyir ki, Sadıq Sadıqovun "Neftçi"ni düzəltməyə gücü çatmır. Qoy çempionat qurtarsın, onda görərik. Xahiş edirəm, onların kimliyini soruşmayın. Özüm bu adamları yaxşı tanıyıram. Ayağımızın altını qazmaq istəyirlər. Klubumuzun fanatları narahat olmasın, "Neftçi" əvvəlki əzəmətini qaytaracaq. Bütün gücümüzü ona vermişik. Həmin adamlar istəklərinə çatmayacaq. Təsadüfi qələbələr, keçici uğurlar bizə lazım deyil. "Neftçi"ni qısa vaxtda elə düzəldəcəyik ki, klub saat mexanizmi kimi işləyəcək. Heç bir iş asanlıqla başa gəlmir. Ümumi futbolda da, klubun özündə kim nə iş görür, mən yaxşı bilirəm. Həyatın hər üzünü görmüşəm. Bu günlərə çətinliklə gəlib çıxmışam. Bəziləri elə bilir ki, üzə gülməklə, əl çalmaqla məni aldadacaq. "Neftçi"də dəyişikliklər yenə olacaq. Sadəcə, hər şeyin vaxtı var".

0
0