Donadoni Rusiya yığmasını çalışdıra bilər
15.04.2010 - 09:32
Rusiya milli komandasının baş məşqçisi postuna yeni namizəd müəyyənləşib. Apasport.az saytının məlumatına görə, şimal qonşularımız tanınmış italyan mütəxəssis Roberto Donadonini yığmanın sükanı arxasına gətirmək istəyirlər.
“Skaudra Adzurra”nın 47 yaşlı sabiq baş məşqçisi ilə əlaqə saxlayan Rusiya Futbol İttifaqının (RFİ) rəhbərliyi onun təyinatının mümkünlüyü ilə bağlı fikir mübadiləsi aparıblar. Ötən ilin oktyabrın 6-da İtaliyanın “Napoli” klubunun baş məşqçi postundan istefa verdikdən sonra işsiz qalan mütəxəssis təklifə müsbət cavab verib. O, məşqçilik karyerasının Rusiya yığmasında davam etdirmək variantını nəzərdən keçirməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, RFİ rəhbərliyi yeni baş məşqçinin adını mayın 17-də rəsmən açıqlamaq fikrindədir.

0
0