“Görərsiniz, çempionatın sonunda mən deyən olacaq”
14.04.2010 - 23:19
Yevlaxın “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynovun apasport.az saytına müsahibəsi
- Bir müddət əvvəl demişdiniz ki, komanda qarşısına qoyulan vəzifəni yerinə yetirməyibsə, günahkar mənəm.
- Hə, demişəm. Nəticəyə istənilən halda baş məşqçi cavabdehdir. Seçimi mən eləmişəm, hazırlığı mən keçmişəm. Komanda mənim üstümdə olub. Hər şey bunun içindədir. Söz vermişdim, alınmadı.
- Qış fasiləsində heyətdə ciddi dəyişiklik etdiniz. Amma hansısa dəyişiklik baş vermədi. Bunun səbəbi nədir?
- Qışadək çox xal itirdik. Mən o futbolçulardan belə oyun gözləmirdim. Nəticə vermədilər. Kimlərə ki, inanırdım, "Karvan" üçün heç nə etmədilər.
- Hansı turdan sonra başa düşdüz ki, "Karvan"ı çempionatda saxlamaq mümkün olmayacaq?
- "Standard"la oyunda. Həmin oyunu udsaydıq, çempionatda qalmağa şansımız artacaqdı. Özü də deyim ki, başqalarından çox olacaqdı şansımız. Uduzmaq yuxumuza da girməzdi. Pis oldu. Biz buna layiq deyildik.
- Matçın protokoluna hakimlikdən narazı qaldığınız epizodları qeyd etmişdiz. AFFA bir tədbir görmədi?
- Deyəsən, 6 oyunluq cəza veriblər. Hə, indi bunun "Karvan"a nə xeyri? Hakim oyunu səviyyəsiz idarə etdi. Nələrdən çıxdı, mən demişəm. Hakimlik normal olsaydı, "Standard"ı udmuşduq. Hakimlərdən daha nə deyim, özünüz görürsüz də. Şikayətdən keçib.
- Emin Quliyevlə Zaur Ramazanovu AFFA-nın İntizam Komitəsi 2 turluq cəzalandırıb, hər birinə 2 min manat cərimə kəsdi...
- Klub da onları cəzalandıracaq. Deməyim artıqdır, Emin də, Zaur da çılğın futbolçudur. Onları oynatmağın yolu var, mən tapmışdım. "Standard"a uduzmağımız hər ikisini özündən çıxartdı. Onları hakim gətirib bu səviyyəyə çatdırdı.
- Qış fasiləsində aldığınız futbolçular da ümidləri doğrultmadı?
- Komanda çempionatdan çıxırsa, deməli, doğrultmadı da.
- Hər halda, Xaqani Məmmədov 6 qol vurdu, fevralın ən yaxşı futbolçusu seçildi.
- Xaqani qol vurur, mən ad çəkmirəm ki. Ümumilikdə, komanda ümidləri doğrultmadı. Əgər bu gün 2-3 pillə yuxarıda olsaydıq, onlardan razı qalardım. "Karvan" çempionatda oynayandan axırıncı yerdə getməmişdi. Nə bilərdik ki, birinci dəstəyə düşərik.
- Ötən illərdə az olub ki, aşağı liqaya düşən komandaları geri qaytarıblar?
- Hələ bilmirəm. Çempionat qurtarandan sonra klubun iclası keçiriləcək. Rəhbərliklə görüşməliyəm. Son sözü onlar deyəcək. Yəqin ki, AFFA-ya qalmaq barədə müraciət etməyəcəyik.
- Niyə ki?
- Nə bilim, hələ fikrimiz yoxdur.
- Bəlkə klub dağılacaq, ona görə belə deyirsiniz?
- Xeyr. "Karvan" dağılmayacaq. Bu rəhbərlik olan yerdə klub dağıla bilməz. Yevlaxda futbol üçün böyük işlər görüblər. AFFA bizi güclülər dəstəsində saxlasa, sevinərik. Çempionatda nə qədər çox komanda olsa, maraq da çoxalar.
- Son nəticələrə görə maddi cəhətdən problem yaranmayıb?
- "Karvan"da maliyyə problemi nə gəzir? Bircə ay da maaşımız gecikdirilməyib. Şərait də var, pul da.
- Klubun elitada qalmaq şansı nə qədərdir?
- Çox az. Uşaqlarda qələbəyə inam qalmayıb, "Standard"dan sonra lap ruhdan düşüblər. "Turan"la oyunu da buna görə uduzduq.
- Birinci liqaya düşsəniz, orda işləyəcəksiniz?
- Niyə işləmirəm?. Komandanı aşağı necə salmışıqsa, elə də çıxardarıq. Bu, mənim borcumdur. Birinci divizionda işləmək heç bir məşqçiyə əskiklik gətirmir. Bir ildir, növbəti mövsüm yenə Premyer Liqada oynayarıq.
- İşinizi davam etdirsəniz, yəqin, komandada islahatlar aparılacaq?
- O da olmalıdır.
- Premyer Liqanı tərk etməyə ikinci ən real namizəd "Standard"la "Muğan"dır. Sizcə, hansı komanda "Karvan"a yol yoldaşı olacaq?
- "Standard" düşməyəcək. "Muğan"dır mənim namizədim.
- Nəyi nəzərə alaraq, bu cür fikirləşirsiniz?
- Bir sözdür də, dedim. "Muğan" ikili rəqabətdə "Standard"a uduzacaq. Digər səbəblər barədə heç nə deməyəcəm. Özünüz araşdırın. Çempionatın sonunda mən deyən olacaq, baxarsız.
- İlk "altılıq"da vəziyyət müəyyən qədər bəllidir. İkinci "altılıq"da necə, meydandan kənarda da oyunlar gedir?
- Mən o işlərlə məşğul olmadığım üçün bir söz deyə bilmərəm.

0
0