Belletti 1000-ə çatmaq istəyir
15.04.2010 - 08:12
“Çelsi”nin braziliyalı sağ cinah müdafiəçisi Juliano Belletti yayda Londonu tərk edəcək. apasport.az saytının xəbərinə görə, “zadəganlar”la müqaviləsinin müddəti iyunda başa çatacaq 33 yaşlı futbolçu “Sky Sports”a verdiyi müsahibədə bildirib ki, karyerasını hələ harada davam etdirəcəyini bilmir: “İngiltərə kubokunun final oyunu mənim “Çelsi”də son görüşüm olacaq. Hələ karyeramı harada davam etdirəcəyimə qərar verməmişəm. Amma karyeramı bitirməkdən söhbət gedə bilməz. Hədəfim 1000 oyun keçirməkdir. İndiyə kimi təxminən 950 oyuna çıxmışam”.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0