“Azərbaycan yığması üzərində qələbə bizim üçün önəmli idi”
15.04.2010 - 09:38
“Turnirdə yaxşı start götürdük. Qol epizodlarından istifadə edərək, qələbə qazandıq. Bizim üçün ilk görüşdə qalib gəlib, turnirə yaxşı başlamaq önəmli idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Türkiyənin 19 yaşlılardan ibarət komandasının baş məşqçisi Kamal Özdəş deyib.
Əskişəhərində startı verilən 19 yaşlılar arasında Avropa çempionatının elit raundunda ilk oyununu Azərbaycanla keçirən meydan sahibləri 2:0 hesablı qələbə qazanıb. Komandasının razı qalan Özdəş artıq növbəti oyunlar haqda düşünür: “Artıq Azərbaycanla oyunu unutduq. Bu görüşdə edə bilmədiklərimizi təhlil edib, bunun üzərində çalışacağıq. Yaxşı etdiklərimizi də nəzərdən keçirəcəyik. Sadəcə, İspaniya ilə oyunu düşünəcəyik. Turniri 1-ci yerdə bitirmək istəyirik. Futbolçularımı təbrik edirəm. Dost və qardaş ölkə Azərbaycana bundan sonrakı oyunlarda uğurlar arzulayıram”.

0
0