Araz Abdullayevlə Əmrənin fərqi
15.04.2010 - 10:17
19 yaşlı futbolçular arasında Avropa çempionatının elit raundunda keçirilmiş Türkiyə - Azərbaycan matçında milli komandamızın heyətində ən yaxşıların adları açıqlanıb. Apasport.az saytının xəbərinə görə, Əskişəhərdə yığmamızın 0:2 hesabı ilə uduzduğu oyunda türkiyəli həmkarlarımız 4 futbolçumuza “5” verib.
Belə ki, Araz Abdullayev, Amit Quluzadə, Mirhüseyn Seyidov (“Neftçi”) və Fariz Məmmədovun (“Bakı”) oyunu 5 balla qiymətləndirilib. 70-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan çıxarılan Tərlan Quliyevin çıxışına isə 4 bal verilib.
Onunla yanaşı, qapıçı Səlahət Ağayev, sahə oyunçuları Qara Qarayev, Yasin Yaqubzadə, Orxan Həsənov, Tural İsgəndərov, Rəhman Hacıyev, Murad Səttarlı 4, Hacı Əhmədov 3 alıb. Türkiyə yığmasında isə ən yüksək qiymət – 7 bal iki futbolçuya verilib. Bunlar iki dəqiqəyə etdiyi dublla qələbəni təmin edən, sonradan isə Tərlanın kobudluğu nəticəsində zədələnərək əvəzlənən Əmrə Çolak və qol buraxmayan qapıçı Özkan Karabulutdur.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0