“Göztəpə” rəsmisi azərbaycanlı futbolçunu izlədi
15.04.2010 - 10:31
Türkiyənin “Göztəpə” klubu azərbaycanlı futbolçu transfer edə bilər. Apasport.az saytının məlumatına görə, II liqada mübarizə aparan Göztəpə təmsilçisi yeni mövsümün transfer çalışmalarına erkən başlayıb.
Komandanın direktoru Əli Gültikən 19 yaşlılardan ibarət yığmaların Avropa çempionatının elit raundu çərçivəsində Türkiyə - Azərbaycan oyununu izləmək üçün Əskişəhərə gedib. O, izlədiyi rəsmi görüşdə futbolçularla bağlı qeydlər aparıb. Gültikən milli komandasının sabiq baş məşqçisi Ərsun Yanalla da fikir mübadiləsi aparıb. Yanal hazırda Türkiyə yığmasının baş koordinatoru vəzifəsində çalışır.
Qeyd edək ki, TÜrkiyə Futbol Federasiyası aşağı liqada legionerlərin çıxışına qadağa qoysa da, azərbaycanlı futbolçularla bağlı güzəşt tətbiq edib.

0
0