“Fulhem” Vaqif Cavadovun problemini həll edir
15.04.2010 - 11:30
Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun Hollandiyanın “Tvente” klubunda əsas heyətə düşməsi üçün yaxşı imkanı yaranıb. Apasport.az saytının məlumatına görə, İngiltərə təmsilçisi “Fulhem” həmyerlimizin komandasında əsas hücumçu Brayan Ruisə təklif göndərib.
Londonlular cari mövsümdə vurduğu 23 qolla Hollandiya çempionatının bombardirlərindən olan futbolçunu transfer etmək fikrindədir. Hətta “Fulhem”in baş məşqçisi Roy Hocson Ruisin oyununu şəxsən izləyib. Avroliqanın yarımfinalçısı olan “Fulhem” bu turnirdə “Qarabağ”a qol vuran “Tvente”nin perspektivli legioneri üçün 13 milyon funt ödəməyə hazırdır. Brayanla İngiltərədə “Everton”, İspaniyanın “Sevilya” və “Vilyarreal” klubları da maraqlanır.
Qeyd edək ki, zədədən sonra bərpa prosesi keçən Vaqif qışdan şərəfini qoruduğu “Tvente”də hələlik debüt etməyib.

0
0