“Qarabağ” klubunda üzləşdiyim haqsızlıq yadımdan çıxmır”
15.04.2010 - 12:14
“Hazırda klubsuzam. İnanıram ki, iddialı klublardan birinə transfer olunacağam”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun sabiq futbolçusu Sedat Saini deyib.
Türk əsilli bosniyalı futbolçu Rasim Karanın vaxtında “Qarabağ”a cəlb olunub. Karanın gedişindən sonra Saini Qurban Qurbanovun güvəndiyi futbolçular sırasında yer alıb. Lakin Azərbaycan kubokunun final oyunundan sonra müəmmalı şəkildə heyətdən kənarlaşdırılıb.
Sedat söhbət əsnasında Azərbaycanda haqsızlıqla qarşılaşdığını bildirib: “Azərbaycanda heç kimlə əlaqəm yoxdur. Amma ölkənizi unutmamışam. Ən yadımdan çıxmayan məqam isə... “Qarabağ”da üzləşdiyim haqsızlıq yadımdan çıxmır. Bu barədə hələlik ətraflı danışmaq istəmirəm”.
Futbolçu bildirib ki, təklif alacağı təqdirdə Azərbaycana qayıtması mümkündür.
Qeyd edək ki, yarımmüdafiənin sağ cinahından oynayan 24 yaşlı legioner texniki səviyyəsinə görə seçilib.

0
0