“Qalatasaray”dan ilk “transfer bombası” - FOTO
15.04.2010 - 12:26
“Qalatasaray”dan ilk “transfer bombası” - FOTO
“Qalatasaray” ilk “transfer bombası”nı partladıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “Cim Bom” əzəli rəqibi “Fənərbaxça”nın hücumçusu Semih Şəntürkün keçidini artıq həll edib.

“Qalatasaray” yeni mövsümdə çexiyalı hücumçu Milan Baroşun yanına yerli futbolçu axtarırdı. Türkiyə milli komandasının da üzvü olan Semih bu planda işə yarayıb. “Fənərbaxça” ilə mövsümün sonunda bitən müqaviləni uzatmamağa qərar verən Şəntürklə prinsipial anlaşma əldə olunub. “Qatalasaray” rəhbərliyi ilə gizli görüşən 26 yaşlı hücumçu təklifi qəbul edib.

“Fənərbaxça” Semihlə müqavilədəki maddəni əsas tutaraq, birtərəfli qaydada uzatmışdı. Ancaq Türkiyə Futbol Federasiyası bunun düzgün olmadığını açıqlayıb. İspaniya və İngiltərədən də təkliflər alan Semihin meneceri Şenol Çiçək “Fulhem”lə danışıqlar masasına əyləşmişdi. Ancaq “Qalatasaray”dan gələn cəlbedici təklif həlledici olub.