1400 manat verdilər, yenə verəcəklər!
15.04.2010 - 13:55
Azərbaycan çempionatının baş sponsoru Unibank Lənkəranda uşaq futboluna dəstək verəcək. Kommersiya Bankı bu məqsədlə Premyer Liqanın aprelin 17-də və 18-də keçiriləcək XXVIII turunda vurulacaq qollara görə yığılan ümumi məbləği Lənkəranda uşaq futbolunun dəstəklənməsinə və inkişafına yönəldəcək.
Apasport.az saytının xəbərinə görə, Unibankın ötən turdan start verdiyi yeni layihəyə əsasən, Premyer Liqanın oyunlarında vurulan hər bir qol üçün Bankın korporativ sosial məsuliyyət proqramlarının hesabına 100 manat pul köçürülür. XXVII turun 6 oyununda 14 qol vurulduğundan Bank tərəfindən Abşeron rayonunun Saray qəsəbəsində yerləşən internat-evinin uşaqlarına göstərilən yardımın məbləği 1400 manat təşkil edib. Həmin ixtisaslaşdırılmış internatda yaşayan müxtəlif yaşlı 145 uşağın hər biri əlildir və müxtəlif fiziki qüsurlardan əziyyət çəkirlər.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0