“Neftçi” hazırlıq prosesini intensivləşdirdi
15.04.2010 - 14:45
“Neftçi” hazırlıq prosesini intensivləşdirdi
Unibank Premyer Liqasının XXVIII turunda “İnter”lə qarşılaşacaq “Neftçi” hazırlıq prosesini intensivləşdirib. Apasport.az saytının xəbərinə görə, komanda baş məşqçi Arif Əsədovun rəhbərliyi altında bu gün klubun bazasında iki dəfə məşq edəcək.

Yığmanın düşərgəsində olan Rail Məlikov, Ruslan Abışov və Cavid Hüseynov hələlik məşqə qatılmırlar. Bundan başqa, Eşqin Quliyev və Tural Nərimanov zədələrini sağaltmaqla məşğuldurlar. Aprelin 3-də “Qəbələ” ilə görüşdə zədələnmiş Joze Karlos isə fərdi məşqlər edir.

Qeyd edək ki, “İnter”lə matç aprelin 18-də saat 16:00-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda başlanacaq.