“Xəzər-Lənkəran” zirvədə, “Qarabağ” böyük hesabla uduzdu
17.04.2010 - 16:52
“Xəzər-Lənkəran” zirvədə, “Qarabağ” böyük hesabla uduzdu
Bu gün Unibank Premyer Liqasının final mərhələsində II dövrə start götürüb. Apasport.az saytının xəbərinə görə, XXVIII tur çərçivəsində keçirilən hər üç oyun qonaq komandalar üçün uğurlu alınıb.

“Xəzər-Lənkəran” Qəbələdə eyni adlı komandanın qonağı olub. Cənub təmsilçisi 10-cu dəqiqədə hesabı açsa da, meydan sahibləri fasiləyədək tarazlığı bərpa ediblər. Amma ikinci hissədə lənkəranlılar daha bir qol vuraraq, II dövrəyə qələbə ilə başlayıb. Qazanılan 3 xaldan sonra Ağasəlim Mircavadovun komandası turnir cədvəlində birinci pilləyə yüksəlib. “Xəzər-Lənkəran”ın zirvədə qalıb-qalmayacağı sabah keçiriləcək “Neftçi” – “İnter” görüşündə bilinəcək. Flaqman bu oyunda uduzmasa, lənkəranlılar birinci pillədə qalacaq.

Quzanlıda isə sensasion nəticə qeydə alınıb. “Qarabağ”ın 18 ildən sonra Ağdamda aldığı məğlubiyyət böyük hesablı olub. Qurban Qurbanovun komandası “Bakı” ilə görüşdən 1:4 hesablı məğlubiyyətlə ayrılıb.

Günün digər görüşü ikinci “altılıq”da baş tutub. Autsayder “Karvan” öz meydanında Zaqatalanın “Simurq” komandası ilə xalları yarı bölüb.


17 aprel

"Qəbələ" - "Xəzər-Lənkəran" - 1:2

QOLLAR: Tomaş Stolpa, 39 - Allan Lalin, 10; Emeka Opara, 55
Qəbələ. Şəhər stadionunun süni örtüklü meydançası
Cari çempionatda oyunlar – 1:1, 0:1 və 1:4

"Qarabağ" - "Bakı" - 1:4
QOLLAR: Əfran İsmayılov, 58 - Vyaçeslav Sofroni, 6; Jaba, 42; Aleksandr Soliç, 82; Venio, 88
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu
Cari çempionatda oyunlar – 1:0, 0:0 və 0:2

"Karvan" - "Simurq" - 0:0
Yevlax. Şəhər stadionu
Cari çempionatda oyunlar – 2:0, 2:3 və 0:0

18 aprel

16:00. "Standard" - "Olimpik-Şüvəlan"

Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
Cari çempionatda oyunlar – 0:1, 0:2 və 2:1

16:00. "Muğan" - "Turan"
Salyan. Olimpiya İdman Kompleksinin stadionu
Cari çempionatda oyunlar – 2:3, 0:1 və 2:1

16:00. "Neftçi" - "İnter"
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
Cari çempionatda oyunlar – 2:1, 0:1 və 1:1

1 “Xəzər Lənkəran” 16 6 7 3 16-9 25
2 “İnter” 15 6 6 3 16-14 24
3 “Bakı” 16 6 5 5 17-13 23
4 “Qarabağ” 16 4 8 5 12-15 19
5 “Neftçi” 15 3 7 5 9-11 16
6 “Qəbələ” 16 3 6 7 15-22 15

İkinci "altılıq"
7 “Simurq” 16 7 6 3 18 -13 27
8 “Olimpik-Şüvəlan” 15 7 4 4 23 – 15 25
9 “Turan” 15 6 5 4 19 - 19 23
10 “Muğan” 15 5 5 5 10 –10 20
11 “Standard” 15 5 3 7 16 - 20 18
12 “Karvan” 16 1 7 8 10 - 22 10

Bombardirlər: Anatoli Doroş (Olimpik-Şüvəlan) - 12; Adrean Neaqa (Neftçi) - 11