Berti Foqts: Uşaq futbolunun inkişafı naminə keçirilən tədbirləri alqışlayıram
17.04.2010 - 13:22
“Uşaq futbolunun inkişafı naminə keçirilən belə tədbirləri alqışlayıram”. Apasport.az saytının xəbərinə görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.
Bu gün futbolun kütləviliyinin artırılması məqsədilə AFFA, Təhsil Nazirliyi, Azercell və Səbayel rayon icra hakimiyyəti tərəfindən birgə təşkil olunan və bu ilin fevralın 13-dən start götürən 4-cü sinif şagirdləri arasında “Məktəbli kuboku”nun final oyunu keçirilib. Həlledici oyunda 163 və 236 saylı məktəbin komandaları qarşılaşıb. 5:3 hesabı ilə qələbə qazanan 163 saylı məktəbin komandası birinci yeri tutub.
Final oyunundan sonra fikirlərini açıqlayan alman çalışdırıcı bildirib ki, futbolun inkişafı üçün məktəblilər arasında müxtəlif yarışların keçirilməsi vacibdir. Foqts buna görə, təşkilatçılara, o cümlədən AFFA-ya minnətdarlıq edib.
Səbayel rayonundan seçilmiş Milli Məclisin deputatı Fuad Muradov da yarışla bağlı fikirlərini bildirib: “163 saylı məktəbin komandasını qələbə qazanması münasibəti ilə təbrik edirəm. Turnirin təşkilatçılarına AFFA-ya, yarışın keçirilməsini dəstəkləyən Səbayel rayon icra hakimiyyətinə təşəkkürümü bildirirəm. 3 aya yaxındır bu turnir keçirilir. Əsas məqsəd gənclərdə idmana sevgini aşılamaqdır. Eyni zamanda onlar gələcəkdə həm də bu idman oyununa azarkeşlik edəcəklər. Tədbirin keçirilməsi müsbət haldır. Şənbə günü olmasına baxmayaraq, insanlar, eləcə də millət vəkilləri burada iştirak edirlər. Bu da idmana, ümumiyyətlə Azərbaycanda gedən inkişafa bir töhfədir”.

0
0