Qurban Qurbanov böyük hesablı məğlubiyyətə aydınlıq gətirdi
17.04.2010 - 17:26
Unibank Premyer Liqasının XXVIII turunda öz meydanında “Bakı”ya böyük hesabla (1:4) uduzan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üzləşdikləri uğursuzluğu futbolçularının bu günlərdə millinin təlim-məşq toplanışında olması ilə əlaqələndirib. Apasport.az saytının məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında gənc çalışdırıcı yeddi futbolçusunun Azərbaycan yığmasının təlim-məşq toplanışında olduğunu və düşərgəyə yorğun qayıtdıqlarını söyləyib: “Bakı” ilə oyuna istədiyimiz kimi hazırlaşa bilməmişdik”.
Qurbanovun fikrincə, birinci hissədə açıq futbol gedib: “Qapımıza vurulan ikinci qol həlledici oldu. Aydın məsələdir ki, bundan sonra rəqib əks-hücumda bizi yaxalamalı idi. Onlar istəklərinə tam nail oldular. Rəqibi təbrik edirəm. Eyni zamanda, bildirmək istəyirəm ki, biz Avropa kuboklarına düşmək üçün mübarizəmizi davam etdiririk”.

0
0