“Bu gün həm yaxşı oynadıq, həm də çox qol vurduq”
17.04.2010 - 17:37
“Bu gün həm yaxşı oynadıq, həm də çox qol vurduq”
“Biz son oyunları yaxşı səviyyədə keçirsək də, çox qol vura bilmirdik. Bu gün isə həm yaxşı oynadıq, həm də çox qol vurduq”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Bakı”nın məşqçisi Məqsəd Yaqubəliyev deyib.

Unibank Premyer Liqasının XXVIII turunda “Qarabağ”la Quzanlıdakı oyundan sonra təşkil olunan mətbuat konfransında bakılıların çalışdırıcısı bildirib ki, çox qol vurmaları heç də rəqibin zəif olması demək deyil: “Sadəcə, biz imkanlarımızdan maksimum dərəcədə istifadə etdik”.

Xatırladaq ki, bu gün «Bakı» səfərdə «Qarabağ»ı 4:1 hesabı ilə məğlubiyyətə uğradıb.