“Xəzər-Lənkəran”ın məşqçisi oyundan razı qalmadı
17.04.2010 - 18:15
“Oyunun çox çətin olacağını bilirdik. Çünki "Qəbələ" Premyer Liqada uğurlu çıxış edir”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Xəzər-Lənkəran” klubunun məşqçisi Tofiq Mustafayev “Qəbələ” ilə görüşdən sonra keçirilən mətbuat konfransında səsləndirib.
Cənub təmsilçisi bu gün Unibank Premyer Liqasının XXVIII turunda “Qəbələ”ni məğlub edərək, turnir cədvəlində birinci pilləyə yüksəldi. Komandasının əldə etdiyi nəticədən razı qalan Mustafayevi sərgilənən oyundan xoşu gəlməyib: “Növbəti turda bizi "İnter"lə çətin qarşılaşma gözləyir. Biz bu görüşə çox ciddi hazırlaşacağıq. "Qəbələ" klubuna isə gələcək oyunlarda uğurlar arzu edirəm”.
“Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədov isə oyunla bağlı hansısa şərh verməyib: “Oyun haqqında deməyə heç bir sözüm yoxdur”.

- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
0
0