Cuneyt Biçer: Hesab arasındakı fərq kimsəni aldatmasın
17.04.2010 - 20:11
“Möhtəşəm qələbə qazandıq. Ancaq hesab arasındakı fərq kimsəni aldatmasın. Oyun olduqca çətin və gərgin keçdi”. Apasport.az saytının xəbərinə görə, bunu “Bakı” klubunun baş məşqçisi Cuneyt Biçer deyib.
“Qarabağ” üzərində 4:1 hesablı qələbədən sonra klubunun saytına açıqlama verən türk çalışdırıcı bildirib ki, sonadək mübarizə aparacaqlar: “Bundan əvvəlki turda 5 il qalib gələ bilmədiyimiz "Xəzər Lənkəran"ı məğlub etdik. Bu gün isə evdə bir dəfə də olsun, məğlubiyyətə uğramayan "Qarabağ"a qalib gəldik. Çempionluq uğrunda savaşan komandamızın hər oyuna yalnız 3 xal üçün çıxacağını bildirirdik. Bütün fəaliyyətimiz və diqqətimiz komandamızın hər oyuna maksimum səviyyədə hazırlığını təmin etməkdən ibarətdir. "Neftçi" ilə oyun öncəsi səfərdə əldə etdiyimiz qələbə olduqca vacibdir. İnanıram ki, bu amil komandamıza əlavə stimul verəcək. Mübarizəmiz davam edir”.

0
0