Vyaçeslav Sofroni: İlk qoldan sonra rahat oynadıq
17.04.2010 - 23:00
Unibank Premyer Liqasının XXVIII turunda "Qarabağ" üzərində qazanılan (4:1) qələbədə pay sahibi olan Vyaçeslav Sofroni nəticədən məmnun qaldığını, bu qələbələrin ardının gələcəyini söyləyib. Apasport.az saytının xəbərinə görə, moldovalı futbolçu vurğulayıb ki, matçın ilk dəqiqələrində hesabı açdıqdan sonra rahat oynayıblar.
“Çox sevinirəm ki, rəqib qapısına yol tapan, məhz mən oldum. Ancaq bunun o qədər də əhəmiyyəti yoxdur, belə ki, əsası komandamızın qələbə qazanması idi. Oyun əvvəli verdiyim müsahibədə qalib gələcəyimizə əmin olduğumu bildirmişdim. Çünki bizim komanda güclü oyunçulardan təşkil olunub, hazırlığımız da ən yüksək səviyyədədir” – deyə Sofroni bildirib.
Moldovalı legioner, həmçinin qeyd edib ki, çempionluq uğurunda mübarizə sonadək gedəcək: “Komandamız çempion titulunu qorumaq naminə oynayır. Bu, hər oyunda belə olacaq”.

- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
0
0